XƏBƏR

Peyvəndin məqsədi ölüm sayını azaltmaqdır-Alimdən AÇIQLAMA-VİDEO

date 6 Dekabr 2020

Peyvəndin məqsədi ölüm sayını azaltmaqdır-Alimdən AÇIQLAMA-VİDEO

Pandemiyaya qarşı tətbiq olunan birinci nəsil peyvəndlərin məqsədi ölüm sayını azaltmaqdan ibarətdir. 

e-tibb.az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib. Pandemiyanın qarşısını almaq üçün tətbiq olunacaq peyvənd barədə danışan mütəxəssis vurğulayıb ki, binci nəsil peyvəndlər heç də məsələni kökündən həll etmir. Onun sözlərinə görə, insanlarımız xüsusilə diqqətli olmalıdır ki, Azərbaycanda qarşıdakı aylarda birinci nəsil peyvəndin tətbiqinə başlanarsa, bu, heç də daha peyvənd tapıldı, qaydalara əməl etməyə gərək yoxdur anlamına gəlmir: "İnsanlarımız bilməlidir ki, tətbiq olunan peyvəndlərin məqsədi ölüm sayını azaltmaqdan ibarətdir". 

Mütəxəssisin fikirləri ilə daha ətraflı videoda tanış ola bilərsiniz:

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR