XƏBƏR

Peyvənd təsirini nə vaxt göstərəcək?

date 26 Yanvar 2021

Peyvənd təsirini nə vaxt göstərəcək?

Peyvənd vurulan kimi təsirini göstərmir. Ona görə də vaksinasiyadan dərhal sonra arxayınlaşmaq olmaz.

Bunu Türkiyədən olan professor, Səhiyyə Nazirliyinin Elmi Komitəsinin üzvü Tevfik Özlü açıqlayıb. Onun sözlərinə görə, insanlar peyvənd vurulan kimi təhlükəsiz ola bilməzlər: “Peyvənd vurulduqdan sonra 4 həftə gözləyirik, sonra ikinci dozanı qəbul edəcəyik. İkinci dozadan 15 gün sonra antikor səviyyəsi müəyyən bir həddə çatmalıdır. Yəni vaksinasiyadan ay yarım sonra qoruyuculuq yaranır. Ona görə də peyvənd vurulan kimi arxayınlaşmaq olmaz”.

Professor bildirib ki, peyvəndlənən insanlar vaksin vurulmamış kimi qorunma qaydalarına riayət etməlidirlər: “Peyvəndlənmək məhdudiyyətlərdən, qorunma tədbirlərindən azad olmaq demək deyil”.

Mütəxəssis qeyd edib ki, cəmiyyətin 80 faizi peyvəndləndiyi təqdirdə pandemiyanı dayandırmaq mümkün ola bilər. Epidemiya hazırda davam edir. Buna görə rahatlanmamalıyıq. Peyvənd olunmaq pandemiyanın nəzarət altına alınması baxımından yaxşı bir addımdır, amma peyvənd vurulan kimi təsirlərini görmək mümkün deyil. Peyvəndin müsbət nəticələrini görmək üçün cəmiyyətin 80 faizi peyvəndlənməlidir”.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR