XƏBƏR

Parça maskalardan necə istifadə olunmalıdır?

date 8 İyun 2020

Parça maskalardan necə istifadə olunmalıdır?

Pandemiya dövründə tibbi maskalarla yanaşı qeyri-tibbi (parçadan hazırlanan) maskalardan da istifadə olunur. Qeyri-tibbi maskalardan istifadə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), eləcə də mütəxəssislərin tövsiyələrində də yer alıb. ÜST COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib.

e-tibb.az xəbər verir ki, ÜST qeyri-tibbi parça maskalarla bağlı da qaydalar hazırlayıb. ÜST üçqat parça maskalardan istifadəni tövsiyə edir və vurğulanır ki, belə maskalar yüksək temperaturda tez-tez yuyulmalıdır.

Parça maskalardan istifadə qaydaları aşağıdakılardır:

Maskaya toxunmazdan əvvəl əlləri yumaq lazımdır.

Maskada zədə və ya çirkin olduğunu yoxlamaq lazımdır.

Üzünüzlə maska arasında boşluğun qalmaması üçün maskanı üzünüzə uyğun nizamlayın.

Ağzınızı, burnunuzu və çənənizi örtün.

Maskaya toxunmayın.

Maskanı çıxarmazdan əvvəl əllərinizi təmizləyin.

Maskanı qulaqların və başın arxa hissəsindən çıxarın.

Maskanı çıxardıqdan sonra onu üzünüzdən aralı tutun.

Çirkli, nəm deyilsə və ya maskanı yenidən istifadə etməyi planlaşdırırsınızsa, onu ağzı açılıb-bağlanan təmiz paketin içində saxlayın.

Maskanı həmin paketdən çıxardıqda iplərindən tutun.

Maskanı isti suda sabun və yuyucu vasitə ilə gündə ən azı bir dəfə yuyun.

Maskanı çıxardıqdan sonra əllərinizi təmizləyin.

Maskanı burnunuzun altına taxmayın.

Digərləri ilə aranızda bir metr məsafə varsa, maskanı çıxarmayın.

Nəfəs almağa çətinlik yarada biləcək maskalardan istifadə etməyin.

Çirkli və ya nəm maskadan istifadə etməyin.

Maskanızı digərləri ilə paylaşmayın.

ÜST bildirir ki, parça maska ətrafınızdakı insanları qoruya bilər. Özünüzü qorumaq və COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün digərləri ilə aranızda ən azı bir metr məsafə saxlayın. Əllərinizi tez-tez və yaxşıca yuyun. Üzünüzə və maskanıza toxunmayın.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını  yeni əldə olunmuş sübutlara əsaslanaraq yenilədiyini bəyan edib. 

ÜST yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib. Təlimatda səhiyyə müəssisələrində işləyən bütün işçilərin maska taxmalı olduğu bildirilib. Həmçinin 60 yaşdan yuxarı və sağlamlıq problemləri olan insanlara ictimai yerlədə olarkən və sosial məsafənin mümkün olmadığı yerlərdə tibbi maska taxması tövsiyə olunub. Təlimatda ÜST hökumətlərə ictimai nəqliyyatda, mağazalarda, digər qapalı və ya izdihamlı mühitdə xalqa maska taxmağı təşviq etməyi tövsiyə edir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR