XƏBƏR

Pandemiya dövründə qan donoru olmaq üçün nələrə əməl olunmalıdır?

date 2 Aprel 2020

Pandemiya dövründə qan donoru olmaq üçün nələrə əməl olunmalıdır?

Koronavirus pandemiyası dövründə qan donoru olmaq üçün nələrə əməl olunmalıdır?

e-tibb.az xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi qan donorluğu ilə bağlı məlumat açıqlayıb.

Məlumatda bildirilir:

Koronavirus infeksiyası olan riskli bölgəyə baş çəkmisinizsə, Azərbaycana qayıtdıqdan 4 həftə sonra qan verə bilərsiniz.

Öskürək, hərarət və ya kəskin respirator (tənəffüs) simptomları müşahidə olunan şəxslər sağalandan sonra qan donoru olmaq üçün 28 gün gözləməlidirlər.

Ev izolyasiyası olunmuş şəxslə təmasda olmusunuzsa (əgər həmin şəxsdə öskürək, hərarət və nəfəs problemi yoxdursa) müvafiq müayinələrdən sonra qan donoru ola bilərsiniz. Lakin təmas haqqında məlumat verin.

İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan və koronavirus testi pozitiv olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 4 həftə sonra qan verə bilərsiniz.

İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan koronavirus testi neqativ olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 14 gün sonra qan verə bilərsiniz.

Səyahət edən şəxslər 28 gün sonra təkrar donor ola bilərlər.

Unutmayın! Qan ehtiyacı davamlıdır. Tək mənbəyi qan verən sağlam və könüllü donorlardır.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR