XƏBƏR

Özümüzü qripdən necə qoruyaq?

date 14 Oktyabr 2020

Özümüzü qripdən necə qoruyaq?

COVID-19 pandemiyasının davam etdiyi müddətdə, xüsusən payız-qış mövsümünün başlanması ilə əlaqədar digər respirator xəstəliklərlə yanaşı, həm də mövsümi qrip xəstəliyinə yoluxmamaq üçün müəyyən qaydalara riayət etmək vacibdir.

Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) açıqladığı məlumatda bildirilir.

Həmin qaydalara sağlam qidalanmaq, otağı tez-tez havalandırmaq, tibbi maska taxmaq, fiziki məsafəni qorumaq və.s daxildir.

Qrip xəstəliyinin qarşısının alınması üsullardan birinin də vaksinasiya olduğu vurğulanıb. Bildirilib ki, bu məqsədlə oktyabrın 12-dən başlayaraq əhali arasında müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına  start verilib.

Kampaniya 1 ay müddətində davam edəcək.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR