XƏBƏR

Oynaq ağrısı ilə müraciət edənlərin çoxuna qoyulan diaqnoz-Ortopeddən ÇAĞIRIŞ

date 31 May 2020

Oynaq ağrısı ilə müraciət edənlərin çoxuna qoyulan diaqnoz-Ortopeddən ÇAĞIRIŞ

“Oynaq ağrıları ilə həkimə müraciət edən insanların əksəriyyətinə artroz diaqnozu qoyulur. Osteoartroz oynağın qığırdaq, artikulyar kapsul, bağlar, əzələlər və qığırdaqaltı sümük kimi bütün komponentlərini zədələyən xroniki xəstəlikdir. Əgər həkim sizə artroz diaqnozu qoyursa, deməli, nəsə etmək lazımdır. Çünki bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır və oynağın öz funksiyasını yerinə yetirməsi dayandırır”.

e-tibb.az xəbər verir ki, bunu travmatoloq-ortoped, Mərkəzi Gömrük Hospitalının həkimi, tibb üzrə fəlsəfə doktoru Ramin Rzayev deyib.

Həkim bildirib ki, ona görə də, oynaq ağrısı hiss etdikdə, mütləq həkimə müraciət etmək lazımdır. Nə qədər tez müraciət olunarsa, o qədər tez ağrı aradan qaldırılar, oynağı müalicə etmək olar.

Onun sözlərinə görə, bu xəstəliyin risk qrupuna çəkisi artıq olanlar, oynaq travmaları keçirmiş insanlar, yanaşı xroniki xəstəlikləri olanlar, iltihabi xəstəlikləri olan və az hərəkət edən insanlar aiddir: “Vaxtında müalicəyə başladıqda bu xəstəliyin qarşısını almaq olur, xüsusilə də oynaq ağrılarının aradan qaldırılması çox önəmlidir. Bu, pasiyentləri müvəqqəti rahatladan vaxtlı-vaxtsız ağrıkəsicilər qəbulundan azad edir. Hamıya məsləhət görərdim ki, oynaq ağrısı hiss edən kimi həkimə müraciət etsinlər, əks halda bu xroniki xəstəliyi müalicə etmək çətinləşir və oynaqlar tam funksiyasını itirdikdə, pasiyent yalnız cərrahi əməliyyat-endoprotezləşdirmə yolu ilə normal həyata qayıdır".

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR