BLOQ

Övladımızın daim uğur qazanmasını istəyiriksə...

date 19 Noyabr 2019

Övladımızın daim uğur qazanmasını istəyiriksə...

Övladımız böyüdükcə və ətrafı genişləndikcə onunla aramızda soyuyan valideyn münasibətləri təbii olaraq hamını narahat edir. Elə axşam yeməyindən sonra övladlarınızla bu 3 sual ətrafında söhbət edərək, münasibətləri daim isti tuta bilərik.

1. Bu gün hansı cəsarətli işi etmisən?

Uşaqlara cəsarətli işin əlçatmaz olmadığını öyrədin. Adi kiçik jestlərin belə cəsarət hesab olunduğunu onlara deyin. Valideyn himayəsi gözəldir, amma onlara bəxş olunan cəsarət hiss gələcəkdə ən yaxşı dostları ola bilər.

2. Bu gün nə qədər nəzakətli olmusan?

Uşaqlar da eyni böyüklər kimi qəddar və zalım ola bilirlər. Bu bizim insanlığımızın bir parçasıdır. Ona görə o hissləri vaxtında tərbiyə etmək lazımdır. Uşağa eqosundan sıyrılıb ətrafına baxmağa və başqalarına yardım etməsinə, problemlərə həll yolu axtarmasına şərait yaratmalıyıq.

3. Bu gün hansı uğursuzluqla üzləşdin?

Əgər övladımızın daim uğur qazanmasını istəyiriksə, onun uğursuzluqlarla da üzləşən zaman cəsur olmalarını da öyrətməliyik. Bəli, həyat daim 5 qiymətlər vəd etmir. Övladınızla hər zaman uğursuzluqları müzakirə edin, bu onları həyatda ilk zərbələrdə yıxılmağa qoymaz. Ailənizdə mətin, həyata real baxan insanlar böyüyər.

Bu 3 sualı daimi olaraq övladlarınıza verin, cavablar mütləq olaraq hər yaş dövründə dəyişəcək, amma nəticə hər zaman gözəl olacaq.

Altay Abdullaoğlu-Pediatr-neonatoloq, uzman həkim

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR