MÜSAHIBƏ

“Nostradamus, Vanqanın yalan çıxan proqnozları... ”  - MÜSAHİBƏ-VİDEO

date 20 Aprel 2019

“Nostradamus, Vanqanın yalan çıxan proqnozları... ”  - MÜSAHİBƏ-VİDEO

“Öncədən görən kimi tanınan adamların proqnozlarının əksəriyyəti həyata keçməyib, bir-ikisi düz çıxıb. Hər hansı hadisə baş verən kimi insanlar həmən deyir ki, bunun baş verəcəyini Nostradamus, Vanqa demişdi. Amma gəlin görək, onlar nə qədər proqnoz veriblər və onların neçəsi düz çıxıb? Düz çıxmayanları bilmirik. Yaxud demirik ki, filan proqnozları da olub, amma düz çıxmayıb. Hamı düz çıxanları deyir. Belə proqnozları hamı verə bilər. Məsələn, 30 il sonra üçün proqnozlar vermək olar, onlardan biri düz çıxacaq. Eyni sözləri Azərbaycanda “öncədən görən” kimi tanınan adamlar barəsində də demək olar”.   

Bunu e-tibb.az-a müsahibəsində psixiatr Orxan Fərəcli deyib. Psixiatr bildirib ki, gələcəyi proqnozlaşdırmaq xüsusi qabiliyyət deyil. Sadəcə, insanların mövcud həyatda baş verən prosesləri düzgün analiz etmək xüsusiyyəti ilə bağlıdır.

O. Fərəcli falçılara, pirlərə, ulduz falına inam, qara magiyanın insana təsiri və s. məqamlar barədə də danışıb, cadugərlərə, falçılara inananlara müraciət edib.

 

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR