XƏBƏR

Nəfəs yoluna böyük ölçülü lobya dənəsi düşən 2 yaşlı uşaq xilas edilib - FOTO

date 25 Yanvar 2021

Nəfəs yoluna böyük ölçülü lobya dənəsi düşən 2 yaşlı uşaq xilas edilib - FOTO

Azərbaycanda nəfəs yoluna böyük ölçülü lobya dənəsi düşən azyaşlı xilas edilib. 

Bu barədə uşaq cərrahiyyəsi və urologiyası uzmanı, Mərkəzi Klinikanın həkimi Fuad Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, 2 yaşında uşaq böyük ölçülü çiy lobya dənələriylə oynayarkən birini udub və boğulmağa başlayıb. Evdə ilkin tədbirlər görülsə də, lobya dənəsini çıxara bilməyiblər. Uşaq xəstəxanaya daxil olanda çox ağır vəziyyətdə olub, nəfəs ala bilməyib: “Qanda oksigen səviyyəsi SPO2 -30% idi, təcili əməliyyatxanaya aldıq. Lobya suyun təsirindən şişib və yumşaldığı üçün getdikcə nəfəs yolunu bağlayırdı. İşıqlı alətlə nəfəs borusuna girildi, çətinliklə də olsa, lobya parçaları çıxarıldı. Uşaq nəhayət ki, rahat nəfəs almağa başladı".

Həkim bildirib ki, məlumatı paylaşmaqda məqsədi başqa ailələrin də belə qorxu yaşamaması üçün onları maarifləndirməkdir.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR