XƏBƏR

Mütəxəssis: "Hətta 14 yaşlı uşaqda süd vəzi xərçəngi aşkarlanır"

date 9 Oktyabr 2020

Mütəxəssis: "Hətta 14 yaşlı uşaqda süd vəzi xərçəngi aşkarlanır"

Bu gün hətta 14 yaşlı uşaqda süd vəzi xərçəngi aşkarlanır.

e-tibb.az xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında mammoloq, radioloq, ATU-nun Tədris-Terapevtik Klinikasının həkimi Günel Qəmbərova deyib. Süd vəzi xərçənginin geniş yayılmasından danışan həkim bu problemlə mübarizədə ən vacib amilin erkən diaqnoz olduğunu vurğulayıb. Mammoloq bildirib ki, mammoqrafiya süd vəzi xərçənginin aşkarlanması, dəqiq diaqnoz qoyulması üçün qızıl standart müayinə metodur.

Bu müayinənin süd vəzi xərçəngini aşkarlamaq üçün əsasən 35 yaşdan sonra tətbiq olunduğunu xatırladan mütəxəssisin sözlərinə görə, ultrasəs müyinəsində şübhəli hal varsa, yaş məhdudiyyəti nəzərə alınmadan mammoqrafiya olunmalıdır. Eləcə də ana nəslində süd vəzi xərçəngi olanlarda mammoqrafiya erkən yaşda olmalıdır.

Həkimin süd vəzi xərçəngi ilə mübarizə, eləcə də süd vəzinin digər xəstəlikləri barədə fikirləri, tövsiyələri ilə daha ətraflı videoada tanış ola bilərsiniz. 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR