XƏBƏR

Müalicəsi olmayan xəstəlik - Bu gün Ümumdünya Alzheimer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür

date 21 Sentyabr 2020

Müalicəsi olmayan xəstəlik - Bu gün Ümumdünya Alzheimer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür

21 sentyabr - Ümumdünya Alzheimer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür.  

e-tibb.az xəbər verir ki, 1994-cü ildən başlayaraq 21 sentyabr tarixi Ümumdünya Alzheimer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd olunur.

Alzheimer yaddaş, düşüncə və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulmasıdır. Demensiyanın (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) geniş yayılmış və müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. 

Dünyada yaddaş, düşüncə, davranış və gündəlik aktiv hərəkətləri icra edə bilməyən, bütün bunlarda pozulma yaşayan demensiya xəstələrinin sayı milyonlarladır. Demensiyanın ən çox yayılan forması olan alzheimer, yaddaş, düşüncə, diqqət, hesaplama, öyrənmə, dil və mühakimə qabiliyyətlərinə təsir edir. Bu xəstəlik ilk dəfə 1906-cı ildə alman psixiatr-patoloqu Alois Alzheimer tərəfinfən müəyyən olunub. İndiyə kimi alzheimerin müalicə üsulu tapılmayıb.

Ümumdünya Səhiyyə Təşikilatının məlumatlarına görə, dünyada 50 milyon demensiya xəstəsi var və hər il təxminən 10 milyon yeni diaqnoz qoyulur. 2030-cu ildə bu xəstələrin sayının 82 milyona, 2050-ci ildə isə 152 milyona çatacağı gözlənilir. 

Demensiyaya 60 və daha çox yaşı olanların 5-8 faizində rast gəlinir. Bu xəstəliyə əsasən yaşlı insanlarda rast gəlinsə də, yaşlanmanın normal bir halı kimi qəbul edilmir. 

Demensiyanı yaxşılaşdırmaq, inkişafının qarşısını almaq üçün hazırda hər hansı müalicə metodu mövcud deyil. Bununla yanaşı, bu yöndə klinik tədiqaqatlar aparılır, müalicə metodları axtarılır. 

Araşdırmaçı alimlər, insanların nizamlı şəkildə idman edərək, siqaret, alkoqol istifadə etmədən, sağlam qidalanaraq, təzyiq, xolesterin, şəkəri və çəkini normada saxlayaraq bu riski azalda biləcəyini bildirirlər. 

Hər 65 saniyədən bir Alzheimer xəstəliyinə tutulan insanların sayı artır. Buna baxmayaraq, dünya ölkələrində hər 3 nəfərdən 2-si Alzheimer xəstəliyi haqqında ya az məlumata sahibdir, ya da heç bir məlumatı yoxdur.

Məlumatlara görə, bu xəstəlik adətən yaddaş pozğunluğu ilə başlayır. Əksər hallarda xəstəyə dəqiq klinik diaqnoz qoyulur. 

21 sentyabr - Ümumdünya Alzheimer Xəstəliyi ilə bağlı Məlumatlandırma Gününün qeyd olunması ictimaiyyəti bu xəstəliklə bağlı daha geniş məlumatlandırmağa imkan verir.

Türkiyədən olan professor Özlem Esen 21 sentyabr - Ümumdünya Alzheimer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü barədə danışaraq deyib ki, yüksək təzyiq alzhemierin, demensiyanın inkişafına səbəb olur. Normal təzyiqin 120-80 olduğunu deyən professor bildirib ki, bundan artıq təzyiq yüksəlməyə işarədir və hipertoniyanın inkişafını göstərir. Onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, 45-65 yaş arasında hipertanoniyanın inkişafı Alzheimerə, demensiyaya səbəb oldur.

Gənc yaşlarından yüksək təzyiq xəstəsi olmaq, dərman qəbul etməmək risk faktoru olaraq qəbul edilir. Vaxtında təzyiq dərmmanları içən, təzyiqi normada saxlayanlar bu riski minimuma endirmiş olurlar. 

Mütəxəssis, alzheimer rksini azaltmaq üçün açık hava gəznitilərinin də qoruyucu olduğunu bildirib. 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR