XƏBƏR

Miqrenin səbəblərindən biri tapılıb

date 23 Sentyabr 2020

Miqrenin səbəblərindən biri tapılıb

Miqrenin səbəblərindən biri müəyyən olunub.

e-tibb.az xəbər verir ki, Tokio Tibb və Stomatologiya Universitetinin alimləri miqrenin səbəblərindən birini müəyyənləşdiriblər.
Bu günə qədər miqrenə nəyin səbəb olduğu və necə müalicə ediləcəyi tam olaraq təsbit edilməyib. Yapon tədqiqatçıları siçanlar üzərində apardıqları təcrübələrlə neyronların həddindən artıq gərginliyinin miqrenin səbəblərindən biri ola biləcəyini göstəriblər. Normal vəziyyətdə, beyin neyronları neyrotransmitterlərin köməyi ilə bir-biri ilə qarşılıqlı əlaqə qurur və sonra geri çəkilməyə məruz qalırlar. Bu, neyronların həddindən artıq oyanıq olmasının  qarşısını alır. Eyni zamanda, miqren kortikal depressiya adlanan bir xəstəliklə əlaqələndirilir. Bu fenomen üçün neyronların  hiperaktivliyinin kəskin dəyişməsi xasdır. Yapon alimləri hesab edirlər ki, bu vəziyyətin səbəbi  həyəcanverici neyromediator - glutamatın ötürülməsinin pozulmasıdır.
Tədqiqatçılar, glutamat nəqlində məsul olan GLT-1 genini  siçanlarda bloklandıqda, kortikal depressiya əlamətlərinin yaranma  ehtimalının  daha yüksək olduğunu aşkar ediblər. Bu baxımdan, alimlər, glutamat geri alımını artırmağa yönəlmiş dərmanların miqrenlə mübarizə aparmağa kömək edə biləcəyi fərziyyəsini irəli sürüblər. Araşdırmalar universitetin saytında dərc edilib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR