XƏBƏR

Mətbəxdə yol verilən 8 SƏHV

date 2 Oktyabr 2020

Mətbəxdə yol verilən 8 SƏHV

Mətbəxdə yemək bişirmə, təmizlik işləri görmə, səliqə-sahman yaratma işləri ilə bağlı sağlamlığa ziyan vura bilən bir çox yanlışlara yol verilir. Alışqanlıq halını alan bu yanlışlar özümüz də bilmədən səhhətimizə mənfi təsir edir. Onlar hansılardır?

e-tibb.az xarici mediaya istinadən həmin yanlışlardan bir qismini təqdim edir:

Hər məhsulu blenderə qoymaq olmaz. Qapaqlı bir blender qabında isninən maye və qidalar təhlükəli ola bilər. Maye  genişlənə bilər, temperatur buxar yaradaraq qabın içində təzyiqə yol açar. Bu isə orqanizmə ziyan vura bilər.

Mətbəxdə işlədilən bıçaqların hamısını eyni yerdə saxlamaq olmaz. Eyni siyirmədə bütün bıçaqları saxlayan zaman siyirmə hər dəfə açılıb-örtüləndə bıçaqlar bir-birinə toxunur. Bıçaqlar bir-birinə toxunmayacaq bıçaq blokunda saxlamaq, ya da ayrı-ayrı yerləşdirmək lazımdır.

Əti bişirməzdən öncə yumaq olmaz. Əti yumaq onun üzərində olan bakteriyaları öldürmür. Bunun yerinə onu yuyaraq həmin bakteriyaların başqa yerlərə də yayılmasına şərait yarada bilərsiniz.

Yapışmayan tavalarda hər yeməyi bişirmək olmaz.

Həmin qablarda ancaq müəyyən yemək növlərini bişirin. Pomidor və ya sitrus meyvələri kimi qidaları yapışmayan qablarda bişirmək, isitmək olmaz. Bu, onların turşu tərkibli qidalar olmasından irəli gəlir. Onlar tava səthinə toxunan zaman səthi zədələyə bilir.

Kartof qabıqlarını su krantının qarşısına - çanağa qoymaq düzgün deyil. Qabıqlar bir yerə yığılanda qalın bir xəmir halına gələ bilir və onların tərkibində çoxlu miqdarda nişasta var. Bu isə sağlamlığa ziyan vura bilər. Kartof, yerkökü qabıqları çanağa atılmamalıdır.

Mətbəx mebellərini təmizləmək üçün ağardıcı mayedən istifadə etməyin. Mətbəxdəki mebellərin xüsusi vasitələrlə təzmilənməsi lazımdır. Bunun üçün ağardıcı istifadə etmək yolerilməzdir. Aağardıcı çox aqressiv bir mayedir və mebellərin aşınmasına şərait yaradır.

Hər şeyi təmizləmək üçün sirkə istifadə etməyin. Qranit və mərmər avadanlıqları, daş döşəmə plitələri, metal örtükləri, parket döşəmələri və s. kimi yerləri sirkə ilə təmizlənməkdən qaçmalıyıq. Bu maye olduqca turşu tərkiblidir və həmin yerləri tez bir zamanda aşındırır.

Mətbəxdə istifadə olunan taxta əşyaların qabyuyan maşına qoyulması. Taxta qaşıqları, boşqabları, göyərti, meyvə-tərəvəz, ət doğranan taxtaları qabyuyan maşında yumaq olmaz. Onlar yuyulan zaman yüksək temperatura məruz qalır. Bu isə həmin əşyaların zədələnməsinə, çatlara, əyilmələrə və rəng dəyişikliyinə səbəb ola bilər.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR