BLOQ

Mən sağaldım: Virusa yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın…

date 27 Noyabr 2020

Mən sağaldım: Virusa yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın…

Koronavirusa yoluxaraq sağalan tanınmış kardiocərrah, tibb elmləri doktoru Rəşad Mahmudov xəstəliklə bağlı fikirlərini, tövsiyələrini açıqlayıb.

e-tibb.az məşhur kardiocərrahın fikirlərini təqdim edir:

Əziz dostlar, çox dəyərli insanlar!

Allahın izni və eləcə də sizlərin duası ilə mən sağaldım. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcə də ölkəmizdə covid-19 müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür:

1. Kontrol edilməyən qorxu və stres

2. Oksigen saturasiyası 90 faizin altına düşmədən sadəcə, qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilmək üçün axın etməsi

3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması...

Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaqdır.

Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm.

P.S. Mən ağciyər tutulması ilə evdə sadəcə, doğru dərman (agızdan antiviral tabletka, vitamin C və parasetamol gəbulu), yataq istirahəti və zamanı istifadə edərək müalicə olundum. Arzum: qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın…

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR