XƏBƏR

Maska taxmayanlar cərimələnəcək-Cərimələrin MƏBLƏĞİ

date 2 İyun 2020

Maska taxmayanlar cərimələnəcək-Cərimələrin MƏBLƏĞİ

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələbləri pozanlar cərimə olunacaq. 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimələnəcək.

e-tibb.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib.

 

Qərara əsasən, ictimai nəqliyyatda (avtobus, taksi, metro, qatar), dayanacaqlarda, bazarlarda, qapalı ictimai iaşə müəssisələrində və s. yerlərdə maskadan istifadə məcburi olacaq.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR