BLOQ

Maska taxmaq: COVID-19-a qarşı təbii immunitet yaranmasına səbəb ola bilər

date 10 Sentyabr 2020

Maska taxmaq: COVID-19-a qarşı təbii immunitet yaranmasına səbəb ola bilər

Son virusoloji, epidemioloji və ekoloji elmi araşdırmalar maska istifadə etmənin koronavirusa yoluxmuş insanlar arasında xəstəliyin şiddətini azalda biləcəyini göstərir. Bu nəzəriyyə uzun müddətdir davam edən viral patogenez nəzəriyyəsi ilə uyğundur. Xəstəliyin şiddəti alınan virus miqdarı ilə mütənasibdir. Başqa sözlə, insana nə qədər çox virus daxil olsa, xəstəlik o qədər ağır keçir.

Koronavirus-19 (SARS-CoV-2) tipik simptomsuz infeksiya nisbətinin iyul ayının ortalarında Amerika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən 40 % olduğu təxmin edilirdi. Amma maska istifadə edənlərdə simptomsuz infeksiya nisbətlərinin 80 % -dən yüksək olduğu bildirildi. Bu elmi məlumatlara görə, COVID-19 xəstəliyinin dərəcəsi maska taxanlarda daha yüngül olduğunu və bu səbəbdən ölüm nisbətinin daha aşağı olduğunu göstərməkdədir. Əslində, peyvəndləmənin məqsədinin çoxu bu nəzəriyyəyə əsaslanır. Yəni çox vaxt peyvəndləmədə insanlar daha az miqdarda virusa yoluxurlurlar və bu şəkildə bədən təbii olaraq bu infeksiyaya qarşı imunitet formalaşdırır. Maska da, peyvəndləmə kimi daha az virusun bədənimizə daxil olmasını qoruyur və peyvəndləmə kimi infeksiyaya qarşı immunitet yaranmasına səbəb ola bilir.

Alimlərin nəzəriyyəsinə əsasən, lazım olan yerlədə mütləq maska ​​taxmaq tövsiyə olunur. Bu həm xəstəliyin yayılma riskini azaldır, həm də xəstəliyin daha yüngül simptomlarla irəliləyəcəyini göstərir. Xahiş edirik maskamıza, məsafəmizə və təmziliyimizə diqqət yetirək.

Oruc Allahverdiyev-Tibb elmləri üzrə fəlsəfə doktoru, Farmakoloq

e-tibb.az üçün

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR