XƏBƏR

"Maska tax" kampaniyası başlayıb: Tək maska virusun qarşısını almır, bunların hamısını edin

date 8 Avqust 2020

"Maska tax" kampaniyası başlayıb: Tək maska virusun qarşısını almır, bunların hamısını edin

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Maska tax" adlı kampaniyaya başlayıb.

e-tibb.az xəbər verir ki, ÜST 7-14 avqustu maska taxılması həftəsi elan edib. 

ÜST vurğulayıb maska taxaraq siz yalnız özünüzü deyil, digər insanları da qoruyursunuz.

Kampaniyaya qoşulma qaydaları belədir: 

Maska taxaraq foto və ya videonuzu çəkin;

Sosial mediada maska tax həşteqi ilə paylaşın;

Estafeti öz tanıdığınız şəxslərə ötürün;

Qeyd olunub ki, maska təkbaşına COVID-19-a yoluxmanın qarşısını almır. Bunların hamısını etmək lazımdır:

Burnunuzu, ağzınızı və çənənizi örtmək şərtilə maska taxın;

Fiziki məsafəni qoruyun;

Əllərinizi təmiz saxlayın;

Kütləvi yığıncaqlardan uzaq durun;

Öskürəndə və asqıranda ağız və burnunuzu örtün.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR