17 Sentyabr 2020
Maska koronavirusa qarşı peyvənddən daha qoruyucudur.
e-tibb.az xəbər verir ki, bunu ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Robert Redfield açıqlayıb: “Maskanın koronavirusdan qoruyucu olduğuna dair ciddi dəlillərimiz var. Hətta deyə bilərəm ki, maska virusdan qorunmaq nöqteyi-nəzərindən peyvənddən daha zəmanətlidir”.
ABŞ Konqresində keçirilən dinləmələrdə iştirak edən Mərkəz direktoru deyib ki, pandemiya hələ də davam edir, peyvənd tapılsa belə, bir gecədə virusun qarşısını almaq mümkün olmayacaq. Ona görə də virusdan qorunmaq üçün tədbirlərin görülməsi çox önəmlidir. Maskalarının son dərəcə vacib olduğunu vurğulayan R.Redfield peyvəndin hamı üçün eyni dərəcədə təsir edə bilməyəcəyini bildirib: "Amma maska onu düzgün istifadə edən hər kəsi qoruya bilir".
Onun sözlərinə görə, maskalar hazırda əlimizdə olan ən vacib və güclü ictimai sağlamlıq vasitəsidir və hamı virusdan qorunmaq üçün maskalardan istifadə etməlidir.
Koronavirus peyvəndindən sonra baş, əzələ ağrısı, qızdırma və s. əlamətləri olarsa... AÇIQLAMA
16 Yanvar 2021Yüksək təzyiqi endirmək üçün bu idman hərəkətləri tövsiyə olunur
17 Yanvar 2021Beyini aktivləşdirməyin ən yaxşı yolu açıqlanıb
18 Yanvar 2021Ağciyəri təmizləyən, immuniteti gücləndirən qidalar
22 Yanvar 2021Müntəzəm spirtli içki qəbulu ömrü nə qədər qısaldır?
15 Yanvar 2021Südün tərkibi: İnək, camış, qoyun və keçi südünün fərqləri
17 Yanvar 202118 saatlıq aclıqla nəyə nail olmaq olar?
15 Yanvar 2021Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?
19 Yanvar 2021Kimlər peyvənd vurdura bilməz? Vaksinasiya üçün hansı əks göstərişlər var?
23 Yanvar 2021Qoz, fındıq, badam hansı qorxulu xəstəlikdən qoruyur?
22 Yanvar 2021