XƏBƏR

Körpəni nə vaxt və necə çimdirmək lazımdır?

date 21 Yanvar 2021

Körpəni nə vaxt və necə çimdirmək lazımdır?

Yeni doğulmuşların normal inkişafı üçün vaxtlı-vaxtında çimdirmək, gigiyena qaydalarına əməl etmək mühüm əhəmiyyət kəsb edir. Körpələrin hansı dövrdən, hansı ardıcıllıqla çimdirilməsi barədə hər zaman suallar səslənir. Pediatr, uzman həkim Ülvi Əliyev məqaləsində bununla bağlı bır sıra məqamlara aydınlıq gətirib.  

Yenidoğulmuş körpəni nə vaxt çimdirmək lazımdır?

Xalqımızın ənənəsində yenidoğulmuşların 10-cu günü yuyundurmaq kimi bir adət kök salıb. Əslində bunu səhv saymaq olmaz. Çünki Amerika Pediatrlar Assosiasiyası kimi mötəbər bir qurum da əvvəlki kimi doğulduqdan dərhal sonra uşağın yuyundurulmasını doğru hesab etmir. Əvvəla, çağanın üzərində "vernix caseosa" (mumabənzər maddə) deyilən maddə var ki, bu antibakterial təsirə malikdir və incə uşaq dərisini çoxlu sayda mikroblardan qoruyur. Onu yuyanda zərif dəri qoruyucu qatdan məhrum olur və bir çox dermatoloji problemlər baş qaldırır, infeksiya və sepsisə qədər irəliləyə bilir. Ona görə indi yalnız anada bəzi hallar (virus hepatit və s.) olduqda uşaq axar suda yuyulur.

İkincisi, uşaq erkən yuyundurulanda qan şəkəri və bədən temperaturu düşə bilər.

Üçüncüsü, bu, ana ilə dəri təmasına əngəl olub südyaranma və əmizdirmədə ləngimələrə şərait yarada bilər.

Göbək ciyəsi quruyub düşdükdən sonra isə şampunla çimdirmək olar. Suyun temperaturunun 49 dərəcənin altında olması lazımdır.

Uşağı hər gün çimdirmək olmaz. Çünki onlar tərləmirlər və bədənləri çirklənmir. Bu dərinin normal mikroflorasını pozaraq onu qurudar. Ən yaxşısı həftədə 3 dəfə çimdirməkdir.

 İlk çimizdirmə qısa olmalı və ehtiyatlı aparılmalıdır.

 

Suyun temperaturu elə olmalıdır ki, dərini yandırmasın 38-39 dərəcə ideal temperaturdur. Termometr olmadıqda dirsəyinizi suya batıraraq (əgər yandırmırsa) uyğun hərarətlə olduğuna əmin ola bilərsiniz.

Göbək ciyəsi düşməyincə tez-tez çimdirmək məsləhət görülmür.

İnkişaf etməkdə olan ölkələrdə uşağın çimdirilməsinə səbəb kimi verniksin iy verməsi göstərilir.

İlk sutkada yuyundurulan uşaqların ikinci gün yuyulanlara görə bədən temperaturları daha aşağı olub.

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR