XƏBƏR

Körpə uşağı olan 24 yaşlı qadına böyrək köçürülüb

date 19 Fevral 2020

Körpə uşağı olan 24 yaşlı qadına böyrək köçürülüb

Bakıda körpəli qadın üzərində böyrək transplantasiyası əməliyyatı aparılıb.

e-tibb.az xəbər verir ki, əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində, cərrah-uroloq-transplantoloq, Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi Rəşad Şolanın rəhbərliyi ilə gerçəkləşib.

Körpə uşağı olan 24 yaşlı qadın üzərində uğurla başa çatan əməliyyatda donor xəstənin bibisi olub.

Rəşad Şolan deyib ki, analizlərin nəticələri əsasında aydın olub ki, pasiyentin böyrəklərinin fəaliyyəti kritik vəziyyətdədir və təcili böyrək köçürülməlidir: “İllər ərzində qəbul edilən hemodializ seansları da öz yan təsirlərini göstərmişdi. Əməliyyatın uğurla yekunlaşması üçün cərrah və nefroloqlardan ibarət komandamız var gücü ilə çalışdı və nəticə etibarilə köçürülən böyrək hazırda tamamilə normal fəaliyyət göstərir. Pasiyentimiz həyata yenidən qaytarıldı. Hələ neçə-neçə arzusu var. Biz tibbi komanda olaraq pasiyentlərimizin ikinci valideyniləriyik, onlara yeni həyat bəxş edirik. Bizə pənah gətirən körpə anasına ikiqat sevinc yaşatdıq”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR