XƏBƏR

Koronovirusdan qorunmaq üçün yol verilən yanlış -Türkiyəli mütəxəssis AÇIQLAYIB

date 2 Mart 2020

Koronovirusdan qorunmaq üçün yol verilən yanlış -Türkiyəli mütəxəssis AÇIQLAYIB

“Yeni tip koronavirusla bağlı insanlar bəzi yanlışlara yol verir. Bu, daha çox tibbi maskalarla bağlı edilir. İnsanların təşviş içində tibbi maskalar alması, lazım olmayan yerləyərdə onlardan istifadə etməsi maska qıtlığı yaradır. Xəstə insanların maska taxması önəmlidir, sağlam insanların yox”.

e-tibb.az xəbər verir ki, bunu Türkiyədən olan professor, Klinik Mikrobiologiya Mütəxəssisləri Birliyinin rəhbəri Selda  Erensoy deyib.

Həkim vurğulayıb ki, maskalar lazım olan yerdə idtifadə edilməlidir, sağlam insanların maska ilə gəzməsi düzgün deyil.

Professor xatırladıb ki, yeni tip koronavirus tənəffüslə yoluxan, soyuqdəymə şikayətləri yaradan, tənəffüs yolları infeksiyalarına səbəb olan viruslardan biridir, Çində 2003-cü ildə yüzlərlə insanın ölümünə səbəb olan SARS virusu da elə koronavirus idi. O, yeni tip koronavirusun daha çox tənəffüs yollarına ziyan vurduğunu, hətta nəfəs çatışmazlığı yaratdığını, pnevmoiyaya səbəb olduğunu qeyd edib.

Mövcud məlumatlara istinad edən professor deyib ki, insanların 80 faizi bu xəstəliyi yüngül keçirir, 15 faizdə ağır əlamətlər müşahidə olunur, 5 faizlə bağlı reanimasiya tədbirlərinə ehtiyac duyulur.

Mütəxəssis vurğulayıb ki, virusdan qorunmaq üçün əlləri tez-tez yumaq lazımdır: “Virusdan qorunmağın əsas yolu əl təmizliyidir. Başqa virus infeksiyalarında olduğu kimi əllərin tez-tez yuyulması, qidalanmaya diqqət olunması çox önəmlidir”.

O, havaların isinməsi ilə virusun təsirinin azalacağını ehtimal etdiyini də diqqətə çatdırıb.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR