XƏBƏR

Koronavirus və bütün viruslar təbii yolla müalicə olunacaq?

date 13 Fevral 2020

Koronavirus və bütün viruslar təbii yolla müalicə olunacaq?

Koronavirusla bağlı aparılan araşdırmalar mühüm bir kəşf etməyə şərait yaradıb. Yeni kəşf bütün viruslar üçün universal bir müalicə üsulu tapmağa əsas ola bilər.
ABŞ-dakı Massaçusets xəstəxanasının mütəxəssiləri orqanizmi bir anda bütün viruslardan qoruya biləcək bir mexanizm tapıblar.
e-tibb.az xəbər verir ki, araşdırma nəticələri “Cell Reports” jurnalında dərc edilib.
Massaçusets Xəstəxanası və Heidelbergdəki Alman Xərçəng Araşdırma Mərkəzinin alimləri viruslara son dərəcə həssas AGO4 zülalı tapıblar. Bu zülal bir çox viruslar üçün  "Axilles daban"ı adlandırılıb.
AGO4  Argonaute zülallar ailəsinə aiddir. Bu xüsusi zülalın somatik hüceyrələrdə güclü bir antivirus təsiri olduğu ortaya çıxıb.

Siçanlar üzərində aparılan araşdırma yalnız AGO4 çatışmazlığı olan hüceyrələrin viruslara həddindən artıq həssas olduğunu göstərib.

Alimlər bu zülalın səviyyəsini və fəaliyyətini artırmaqla bütün viruslar üçün eyni vaxtda universal bir müalicə metodu yaratmağın mümkün olduğunu bildiriblər. 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR