XƏBƏR

Koronavirusun hansı səthlərdə daha uzun yaşadığı məlum olub

date 28 Fevral 2020

Koronavirusun hansı səthlərdə daha uzun yaşadığı məlum olub

ABŞ-da yeni növ koronavirusun hansı səthlərdə daha uzun ömür sürdüyü araşdırılıb.

e-tibb.az xəbər verir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild virusun hansı səthdə daha uzun zaman yaşadığını açıqlayıb.

“Reuters”-in məlumatına görə, alimlər bununla bağlı fərqli səthləri öyrəniblər, məlum olub ki, polad və mis üzərində koronavirus təxminən iki saat, kağız və plastik kütlələrdə isə daha uzun zaman həyat sürür. R. Redfild əlavə edib ki, araşdırmalar hələ davam edir. 

Onun sözlərinə görə, “Diamond Princess” kruiz gəmisində koronavirusa kütləvi yoluxmaya səbəb hava-damcı yolu yox, məhz virusa yoluxmuş səthlər ola bilər.

Qeyd edək ki, Yaponiyanın Yokohama dəniz limanında karantin altında saxlanılan “Diamond Princess” kruiz gəmisində yüzlərlə insanda yeni növ koronavirus aşkar edilib. Gəmi iki həftədən çox müddətə Yokohama  şəhərində limanında karantinə dayanıb. Gəmidə olanlartdan 691 nəfər koronavirusa yoluxub. Onlardan dördü dünyasını dəyişib.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR