XƏBƏR

Koronavirusun gözlərdə yaratdığı problemlər-Göz həkimindən MƏSLƏHƏTLƏR

date 12 Dekabr 2020

Koronavirusun gözlərdə yaratdığı problemlər-Göz həkimindən MƏSLƏHƏTLƏR

Koronavirusa yoluxanlarda göz problemlərinə də rast gəlinir. Virusun  yoluxma yollarından birinin də gözlər, gözün selikli qişası olduğu dəfələrlə bildirilib. Eyni zamanda koronavirusun fəsad yaratdığı orqanlar arasında gözlər də var.

Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva e-tibb.az-a bildirib ki, Covid-19 diaqnozu qoyulmuş pasiyentlər adətən Koronavirus ailəsindən olan digər tip virusların törətdiyi göz patologiyalarından əziyyət çəkirlər. Onun sözlərinə görə, daha çox konyunktivitlərə rast gəlinir. Nadir hallarda isə da keratit, nevrit, uveit, retinit kimi ağırlaşmaları müşahidə olunur.
Oftalmoloq deyib ki, viruslu konyunktivit simptomlarıyla keçən covid-19 xəstəliyinin ilk simptomu kimi də qeydə alınan hallar var:

“Viruslu konyunktivit əlamətləri: gözdə sulanma, qızartı, qapaqlarda ödem-şişkinlik, selikli ifrazat, bəzən ağrı, işığa həssaslıqdır.
Müalicəsi isə xəstəliyin kəskinliyindən asılı olaraq əsasən iltihab əleyhinə qeyri-steroid göz damlaları və suni göz yaşı damlaları ilə aparılır. Göz qapaqlarına təyin olunan müxtəlif kompresslər də pasiyentlərə xoş təsir bağışlayır. Ehtiyac olan hallarda oftalmoloq antibakterial dərman da təyin edir. Müalicəylə adətən ağırlaşmasız 14-21 günə tam keçib gedir.
Düzgün və vaxtında aparılmayan müalicə isə keratit, uveit kimi patologiyaya səbəb ola bilər”.

Həkim qeyd edib ki, linza istifadə edən yoluxmuş pasiyentlər eynək korreksiyasına keçməlidirlər. Konyunktivit keçirən linza istifadəçiləri isə təkrar eyni linzadan istifadə etməməlidir. Eynək istifadəçilərisə eynəklərini hər gün yuyub təmizləməlidirlər.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR