XƏBƏR

Koronavirusun daha bir əlaməti tapılıb

date 19 Oktyabr 2020

Koronavirusun daha bir əlaməti tapılıb

Koronavirus infeksiyasının daha bir əlaməti aşkarlanıb. Bu, eşitmədə dəyişikliklərin baş verməsidir. 

e-tibb.az xəbər verir ki, London Universiteti Kolleci və Milli Kral Komitəsinin mütəxəssisləri bununla bağlı açıqlama veriblər. Bildirilib ki, eşitmədə zəifləmənin yaranması koronavirus infeksiyasına yoluxmanın siqnalı ola bilər. Alimlərin apardığı araşdırmaya görə, koronavirus diaqnozu qoyulmuş bir sıra xəstələr eşitmələrinin zəifləməsindən şikayətləniblər. Ağır koronavirus xəstələrində isə hətta tamamilə eşitmənin itməsi aşkarlanıb. Alimlər, məhz bu səbəbdən həkimlərin COVİD-19 xəstələrində eşitmə dəyişikliklərinə diqqət etmələrini tövsiyə ediblər.

Bildirilib ki, koronavirus diaqnozu qoyulanlara eşitmə ilə bağlı profilaktik tədbirlər də görülməlidir.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR