XƏBƏR

Koronavirusun daha bir əlaməti: Dəridə səpgi yaradır?

date 15 Aprel 2020

Koronavirusun daha bir əlaməti: Dəridə səpgi yaradır?

Koronavirusun əlamətlərindən birinin də dəridə zədələr, səpgilər olduğuna dair fikirlər səslənir. Sinqapurdan olan həkimlər koronavirusun dəridə səpgi yaratdığını bildiriblər. Fransanın Milli  Dermatoloqlar-venereoloqlar Birliyinin mütəxəssisləri də koronavirus infeksiyası zamanı dəri zədələrini aşkarladığını deyiblər. 

e-tibb.az xəbər verir ki, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Yelena Volçkova mətbuata açıqlamasında hətta yeni tip koronavirs xəstələri ilə bağlı böyük təcrübə qazanmış Çin həkimlərinin belə, bu barədə fikir bildirmədiklərini, virusun dəri simptomlarından bəhs etmədiklərini vurğulayıb. Ona görə də dəri simptomları haqda deyilənlər qəribə səslənir. Onun sözlərinə görə, dəri simptomlarının olduğunu demək üçün daha çox məlumat toplamaq lazımdır.

Həkim deyib ki, dəridə yaranan səpgilər digər amillərlə, məsələn, dərmanlara allergik reaksiya ilə əlaqəli ola bilər: “Biz həmin xəstələrin yaşı,  xəstəlik tarixi və ya allergik həssaslıqları barədə məlumatı deyilik. Özünü dəridə səpmə  ilə göstərən, belə  simptomu olan infeksiyalar var. Amma bunun nə ilə bağlı olduğunu qiymətləndirmək çətindir”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR