XƏBƏR

Koronavirusu aşkar etmək üçün yeni metod tapılıb

date 1 Noyabr 2020

Koronavirusu aşkar etmək üçün yeni metod tapılıb

Koronavirus infeksiyasını aşkar etmək üçün yeni metod tapılıb.

Amerikalı alimlər hesab edir ki, fitnes bilərzikləri insanlarda koronavirus infeksiyasını aşkar etməyə qadirdir. e-tibb.az xəbər verir ki, bununla bağlı aparılan tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc edilib.

Mütəxəssislər, COVİD əlamətləri olan xəstələrin məlumatlarını araşdırıblar və orqanizmin vəziyyətində olan dəyişiklikləri təyin ediblər. Cihazların göstəriciləri istirahət zamanı ürək dərəcəsindəki fərdi normalardan kənara çıxmaları və yuxu səviyyəsindəki dəyişiklikləri təyin etməyə kömək edib. Xüsusilə, istirahətdə olan koronavirus xəstələrində nəbzin əhəmiyyətli dərəcədə artdığı və dərin yuxu mərhələsinin vaxt aralığının da dəyişdiyi ortaya çıxıb.

Yuxarıda göstərilən göstəriciləri və xəstələrin şikayətlərini nəzərə alaraq alimlər, bu metodun yalnız simptomları nəzərə alan modellə müqayisədə yoluxmuş insanların müəyyənləşdirilməsini sadələşdirməyə qadir olduğu qənaətinə gəliblər.

Bundan əlavə, xəstəlikləri asimptomatik formada və ya erkən mərhələdə aşkar etmək mümkün olacaq.

Alimlər bir qədər əvvəl koronavirusun qeyri-adi bir təzahürünü də aşkar ediblər. COVID-19 xəstələri arasında aparılan bir sorğuya görə, xəstəlik yalnız öskürək və qızdırma şəklində tipik simptomlarla deyil, həm də ayaq barmaqlarında qıcıqlanma kimi özünü göstərə bilər.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR