XƏBƏR

Koronavirusdan sağalan şəxslərə müraciət olunub: Qan donoru olun!

date 19 İyun 2020

Koronavirusdan sağalan şəxslərə müraciət olunub: Qan donoru olun!

Mərkəzi Qan Bankı koronavirusa yoluxub sağalan şəxslərə müraciət edib. 

e-tibb.az xəbər verir ki, müraciətdə bildirilir ki, koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər: “Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik!

Qan (plazma) donoru ol, həyat qurtar!”

Mərkəzi Qan Bankının ünvan: Mirəli Qaşqay küçəsi 87

Telefonlar: 907

012 440 65 86

012 440 78 50

012 441 66 52

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR