XƏBƏR

Koronavirusa görə ağırlaşma ən çox hansı yaşda yaranır?

date 29 Mart 2020

Koronavirusa görə ağırlaşma ən çox hansı yaşda yaranır?

Koronavirusun əsasən yaşlı insanlarda ağciyər problemi yaratdığı bildirilir. Ən çox onlarda pnevmoniya ilə bağlı ağırlaşmaların olduğu və süni tənəffüs aparatına qoşulduğu bildirilir.

e-tibb.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvada süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin bir çoxu cavan, 40 yaşınadək olan pasiyentlərdir.
Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Terapiya şöbəsinin müdiri, pulmonoloq Aleksandr Palman deyib ki, bu heç də koronavirusla bağlı vəziyyətin ağır olduğunun göstəricisi deyil: "Bu, statistika deyil. Statistika  çoxlu  xəstələr təşkil edən  qruplarda müəyyən edilir. Əgər on nəfər xəstədirsə və deyək ki, altı nəfər 40 yaşındadırsa, deməli bu, statistik əhəmiyyət kəsb etmir. Bu, tamamilə təsadüfi bir nümunədir".
Həkim, xəstəliyin yaşa bağlı xüsusiyyətləri ilə əlaqədar hər hansı fikrin yalnız süni tənəffüs aparatına qoşulan çox sayda xəstə olacağı təqdirdə söylənə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, süni ventilyasiya aparatına qoşulmaq hələ xəstənin ağır vəziyyətdə olmaq demək deyil. O, buna görə narahat olmamağa çağırıb. 

Bundan əlavə, pulmonoloq Rusiyada infeksiyaya yoluxanların  sayının artmasını səyahətdən dönənlərlə əlaqələndirib, onların arasında çoxlu sayda gənc olduğunu deyib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR