XƏBƏR

Koronavirus xəstələri üçün kimlər plazma donoru ola bilər?

date 7 Dekabr 2020

Koronavirus xəstələri üçün kimlər plazma donoru ola bilər?

Milli Hematologiya və Transfuziologiya Mərkəzi koronavirus xəstəliyindən sağalan vətəndaşlara müraciət edərək onları ağır COVID xəstələri üçün qan-plazma donoru olmağa çağırıb. e-tibb.az xəbər verir ki, müraciətdə deyilir:

 Ağır koronavirus (COVID-19) xəstələri üçün ümid ola bilrəsən.

 Qan (plazma) donoru ol, həyat xilas et! İnsanlıq qazanacaq!

Koronavirus xəstələri üçün kimlər plazma donoru ola bilər?

 COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalan şəxslər

 Klinik olaraq tam sağalmadan ən azı 14 gün sonra, 2 dəfə test nəticəsi neqativ olan şəxslər

 18-60 yaş arası COVID-19 xəstəliyini keçirib sağalmış könüllülər

 Kişi və hamilə olmayan qadınlar (düşüyü və abort olmamış), həyatının heç bir dövründə qan transfuziyası edilməmiş insanlar

"COVID-19 İmmun Plazma" bağışlamaqla, dəyişiklik yarada bilərsiniz!

Ünvan: Mərkəzi Qan Bankı

Bakı, Feyzulla Qasımzadə küç 65

Əlaqə: 907

 +99412 440 65 86

 +99412 440 78 50

 +99412 441 66 52

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR