XƏBƏR

Koronavirus peyvəndinin hansı əlavə təsirləri var? - VİDEO

date 20 Yanvar 2021

Koronavirus peyvəndinin hansı əlavə təsirləri var? - VİDEO

Hazırda koronavirusa qarşı 6 vaksinin tətbiqinə beynəlxalq səviyyədə icazə verilib. Bu vaksinlərdən biri də "CoronaVak" peyvəndidir. Vaksinlər bioloji preparatlardır. Hər bir bioloji preparat da dərman vasitəsidir. Dərman vasitələri tətbiq olunma mərhələrinə qədər dünyada qəbul olunan standartlar üzrə - effektivlik, keyfiyyət, təhlükəsizlik baxımından  qiymətləndirilir. 6 vaksinin hər biri bütün mərhələrdən keçərək istifadəsinə icazə verilib. Ona görə də bu vaksinlərin hansı təhlükəlidir, hansı təhlükəsizdir sualları, bununla bağlı dünyada media, sosial mediada olan fikirlər elmi sübutu olmayan fərziyyələrdir. 

Bunu TƏBİB-in Dərman və Tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev APA TV-nin efirində deyib.

E. Quliyev bildirib ki, elmi sübutlar vaksinlərin kifayət qədər təhlükəsiz olduğunu göstərir.

Onun sözlərinə görə, bütün digər vaksinlər kimi bu vaksinlərin də yüngül əlavə təsirləri var.  Yüngül əlavə təsirlər isə əhəmiyyətsiz əlavə təsirlər sayılır. Mütəxəssisin fikirləri ilə daha ətraflı videoa tanış ola bilərsiniz.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR