BLOQ

Koronavirus haqda həqiqətlər: Xəstəliyə tutulmamaq üçün...

date 3 Fevral 2020

Koronavirus haqda həqiqətlər: Xəstəliyə tutulmamaq üçün...

Üç növ yalan var: yalan, həyasız yalan və statistika. Yəqin ki, hamınız uşağa dərman içirərkən nə qədər çətinlik çəkildiyini görmüsünüz. Uşaq acı dada müqavimət göstərir, heç bir vəchlə içmək istəmir. Amma acı suspenziyanı və ya məhlulu şərbət ya kompota qarışdırıb verəndə problem yaranmır. Yalan da belədir, doğruya qarışdırılıb veriləndə təsirini tez göstərir...

Son günlər dünya hər gün qəzet və televiziya, sosial mediadan koronavirus haqqında xəbərlərlə dolub-daşmaqdadır. Xəbər kanalları həyəcanlı musiqilərin müşayiəti ilə “yaxınlaşan fəlakət ssenarisinin" anonsunu verir, tamamilə nəzarətsiz olan sosial media isə əhalidə panikanı daha da artırır. 

Coronavirus kiçik RNT virusu olub, insanlara (it, pişik, donuz, yarasa və. s) kimi heyvanlardan yoluxur. 31 dekabr 2019-cu ildə isə Çinin liman şəhəri olan Wuhanda dəniz məhsulları və sadalanan heyvanların satıldığı bazar işçilərində rast gəlinib. Virusun mutasiyaya uğradığı və artıq insandan insana hava-damcı yolu ilə yayıldığı aşkara çıxıb. 5 mikrondan kiçik hava hissəcikləri danışıq, asqırma və öskürmə zamanı qarşıdakı şəxsin selikli qişalarına (ağız, burun, göz) təmas etməsi yoluxmaq üçün yetərlidir. Gizli dövrü 7-14 gün olaraq qəbul edilir.

Əlamətləri: qızdırma, öskürək, təngnəfəslikdir ki, pnevmoniya, kəskin tənəffüs çatışmazlığı və böyrək çatışmazlığına qədər inkişaf edib ağırlaşa bilir.

Dünya Səhiyyə Təşkilatının 01.02.2020 məlumatına görə, 11953 xəstə var, bunların 11.821 Çindədir və orada 259 ölüm qeydə alınıbr. Yaponiyada 17, ABŞ-da 7, Rusiyada 2, BƏƏ-də 4 olmaqla xəstə sayı açıqlanıb. Yazı yazılan anda xarici mətbuat vasitələrinin yaydığı xəbərdə ölüm sayının 304-ə çatdığı və Filippində Çindən xaric ilk ölüm hadisəsinin qeydə alındığı yazılmışdı.

Suallar yaranır, vəziyyət o qədərmi acınacaqlıdır?!

Hər şeydən əvvəl, işlədilən “pandemiya" termini coğrafi yayılmaq anlamı etibarı ilə doğru olsa da, statistik say baxımından yanlışdır. Belə ki, 1918-20ci illərdəki İspan qripi zamanı 20 milyon (bəzi məlumatlarda 50 hətta 100 milyon adamın öldüyü deyilir) Və ya Qədim Yunanıstanda Afina taunu, Romada Yustinian taunu, 14cü əsrdə Avropa şəhərlərini kimsəsiz qoyan taun epidemiyasının da yüksək ölüm sayları tarixdə mövcüddur. O dövrdə tibbin zəif inkişafı, antibiotiklərin kəşf edilməməsi və s. faktorlar xəstəliyin daha çox yayılmasına şərait yaratmışdı.

Yoluxuculuq qabiliyyəti su çiçəyi və qızılcadan azdır. Peyvəndi və müalicəsi yoxdur. Vaksin üzərində çalışmalar bir ilə ancaq tamamlana bilər ki, o vaxtadək də epidemiyanın sönəcəyi təxmin edilir. Ölüm daha xroniki xəstəliklərdən  (XOAX, astma, diabet) əziyyət çəkənlərdə və yaşlı insanlarda görülməkdədir. Xəstəliyə tutulmamaq üçün əlləri tez tez maye sabunla yumaq,insanların toplaşdığı məkanlardan (ticarət mərkəzi, metro, şadlıq evləri) uzaq olmaq, zəif duzlu məhlulla ağızı qarqara etmək məsləhət görülür. Maskanın qoruyucu təsiri yoxdur...

Keçək digər məsələyə, “qəsd nəzəriyyəsi” tərəfdarları daha çox arqument gətirirlər. Niyə bu xəstəliklər həmişə “imperializm beşiyi” sayılan ABŞ ınABŞ-ın münasibətlərinin gərgin olduğu bölgələrdən nəşə tapır? Məsələn, 1967-ci ildə Çindən, 2003-cü ildə yenə orada, 2009-cu ildə Meksikada... Səbəb əhalinin sıx yaşaması ilə əlaqələndirilə bilər. Amma məsələn, San Paulo da nəhəng meqapolisdir...
“Quş qripi”ndən 50 milyon adamın öləcəyi təxmin edilsə də, 262 ölüm baş verdi. ABŞ-ın o zamankı müdafiə naziri D.Rumsfeld dünya dərman sektoru nəhənglərindən Gilead Sciencenin hissədarı idi və bu virus əleyhinə olan Tamiflu”preparatından 1 milyard dollarlıq Pentagon üçün sifariş verdirmişdi. Türkiyə 350 milyon dollar xərc çəkib peyvənd aldı, amma çox işlətməli olmadılar. Məsələn, Baxter firması tərəfindən 2008-ci ildə “donuz qripi” adlı epidemiyanın yayılmasına 6 ay qalmış qrip peyvəndinin patentini almaq üçün müraciət etdi. Epidemiya zamanı iki-üç ay içində (qısa müddətdə hazır olması?!) peyvəndin satışa çıxacağını bəyan etməsi daha da fikir qarışıqlığına səbəb oldu. Polşa vaksin almaqdan imtina etdi. Bir çox ölkələr də nəhəng vəsait sərf edib aldıqları dərmanları atmaq məcburiyyətində qaldılar.

“Donuz qripi”ndən 70 milyon adamın öləcəyi proqnozlaşdırılırdı amma 14711 ölüm baş verdi. Nəzərinizdə olsun ki, hər il qrip infeksiyasından 250-500 min adamın ölməsi statistik məlumatlardandır. İkiqütblü dünyanın nəhənglərinin çəkişməsi fikrinin tərəfdarları da az deyil...

Qədim yunan tezisi var və bu sualın indiyə qədər cavabı yoxdur: ”Yalan söyləyən və yalan söylədiyini etiraf edən adam yalan söyləyir ya doğru?” Söz sizindir, həyat davam edir, işinizə davam edin, çalışın həyatda qalın və daim sağlam olun.

Ülvi Əliyev- pediatr, uzman həkim

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR