XƏBƏR

Koronavirus ətraf mühitdə nə qədər yaşayır? - Virusoloq RƏYİ

date 16 Mart 2020

Koronavirus ətraf mühitdə nə qədər yaşayır? - Virusoloq RƏYİ

“Koronavirus yeni yaranmış virus deyil. Koronavirus infeksiyası ilə bağlı 1936-cı ildən başlayaraq ABŞ, İngiltərə, Almaniya və digər Avropa ölkələrində elmi işlər aparılır. Əslində bu virus və onun törətdiyi infeksiyalar keçən əsrin əvvəllərindən məlumdur və intensiv araşdırılır. Sadəcə, birdən baş verən infeksiya  bütün dünyada ajiotaj yaratdı”.

e-tibb.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, dosent Lalə Rüstəmova APA-ya açıqlamasında deyib.

Mütəxəssis vurğulayıb ki, bu virusların ətraf mühitdə qalması  bir sıra amillərdən asılıdır: “Birinci iqlim faktorudur, yəni alimlərin tədqiqatları göstərib ki, bu viruslar 0-18 dərəcədə temperaturda ətraf mühitdə  4-11 günə qədər qala bilir. Temperatur artdıqca bu virusların yaşama şansı azalır, inaktivləşmə gedə bilir. Bu viruslar ilin soyuq aylarında, mənfi temperaturda daha yaxşı qalır”.

Onun sözlərinə görə, virusun torpaqda yaşaması ilə bağlı isə konkret tədqiqatlar yoxdur. Ətraf mühitdə, bərk əşyalarda, müəyyən yumşaq səthlərdə həmin virusların qalma müddəti öyrənilib. Məsələn, ultrabənövşəyi şüaların inaktivləşdirici təsirləri müəyyən edilib. Bu da dəqiq deyil. İnaktivləşdirici təsir var, amma burada da müəyyən şərtlər var. Təsir 3-4 saat ərzində olmalıdır.

L.Rüstəmova qeyd edib ki, koronavirus hissəcikləri aerozol şəklində ətraf mühitdə 8-10 saat ərzində qala bilir: “Koronavirusdan qorunmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının irəli sürdüyü tövsiyələr var. İlk baxışdan bu tövsiyələr çox sadə, bəlkə də gülünc görünür. Əslində isə bu tövsiyələrin arxasında böyük epidemik prosesin qarşısının alınması məqsədi durur. Yəni, şəxsi gigiyena qaydalarına əməl etməkdən əlavə, hər bir şəxs özündə yüksək hərarət, öskürək, zökəm halları, xüsusilə təngnəfəslik hiss edərsə, dərhal həkimə müraciət etməlidir. Polimeraz zəncirvarı reaksiyasında bu virus təsdiqləndikdən sonra həmin şəxslə təmasda olanlar dərhal təcrid edilməlidir. Əsas yol budur. Həmçinin 70 faizli spirtin bu viruslara öldürücü təsiri olduğu bildirilir. İndiki spirtlər 95 faizlidir, demək bunların da təsiri var. Bundan başqa, xlor tərkibli məhlullar, 1 faizli fenol, 10 faizli soda məhlulu da virusa öldürücü təsir göstərir”.

L. Rüstəmova onu da deyib ki, immunitet genetik faktorlarla çox bağlıdır. Yəni, immunitetin normal, sağlam olması birbaşa genetik məsələlərlə əlaqədardır. Sağlam immuniteti olan şəxsdə nəinki koronavirus, digər yoluxucu, somatik xəstəliklərin gedişi və nəticəsi yaxşı olur. İmmunitet sistemində problem olan insanlarda isə bütün xəstə

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR