XƏBƏR

Kondisionerin zərərli təsirlərindən necə qorunmaq olar?

date 19 İyul 2019

Kondisionerin zərərli təsirlərindən necə qorunmaq olar?

Yay fəslini kondisionersiz təsəvvür etmək mümkün deyil. İstər evlərdə, itər ofislərdə, istərsə də olduğumuz digər məkanlarda gün ərzində kondisionerin təsirinə məruz qalırıq. İsti havalarda əksər hallarda gün boyunca istifadə etdiyimiz kondisionerin ziyanları yetərincə çoxdur. Təbii ki, fəsadlar daha çox davamlı olaraq kondisionerin təsirinə məruz qalanda baş verir. Bəs bu təsirlərə məruz qalmamaq üçün nə etmək olar?

Mütəxəssislər hesab edir ki, səhhətimizdə problem yaranmaması üçün kondisionerdən düzgün istifadə etmək, bununla bağlı qaydalara əməl etmək lazımdır. Həmin qaydalar hansılardır?

e-tibb.az Mərkəzi Neftçilər Xəstəxanasının kondisionerdən düzgün istifadə qaydaları barədə hazırladığı məlumatı təqdim edir:

1. Otağınızın hərarətini 22-25 dərəcə arasında saxlayın

2. Çox isti olarsa, kondisioneri birdən-birə çox soyuq dərəcələrə salmayın

3. Kondisionerin düz önündə dayanmayın

4. Kondisioner üstünüzə vurmasın deyə hava axınının sürətini orta rejimə qoyun

5. Texniki təmizlik qulluğu olmayan kondisioneri işlətməyin

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR