MÜSAHIBƏ

Kondisionerin, Günəş eynəklərinin gözlərə təsiri ... - Oftalmoloqdan XƏBƏRDARLIQ  - MÜSAHİBƏ -VİDEO   

date 10 İyun 2019

Kondisionerin, Günəş eynəklərinin gözlərə təsiri ... - Oftalmoloqdan XƏBƏRDARLIQ  - MÜSAHİBƏ -VİDEO   

“Son zamanlar əsasən xanımlar, uşaqlar dəbə uyğun olaraq rəngli günəş eynəkləri taxırlar. Buna yol vermək olmaz. Həm uşaqlar, həm də böyüklər üçün ən ideal olan qəhvəyi və qara rəngli eynəklərdir”.

Bunu e-tibb.az-a video müsahibəsində cərrah-oftalmoloq, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Qəmər Əliyeva deyib.

Q. Əliyeva plastmas günəş eynəklərindən istifadə etməməyi də tövsiyə edib: “Şüşə eynəklərə üstünlük verilməlidir Bununla bağlı mütləq optikdən məsləhət almaq lazımdır.

Keyfiyyətsiz eynəkləri taxan kimi onun fəsadını hissi etməyə bilərsiniz. Amma keyfiyyətsiz günəş eynəkləri illər sonra da öz mənfi təsirini göstərə bilər. Həmin eynəkləri taxanlarda gözdə yaranan problemlərin daha ağır keçirmə riski yüksək olur”.

Mütəxəssis isti havalarda gözlərdə yaranan problemlər, kondisionerin gözə təsiri, viruslu və allergik konyuktivitlər, yayda gözlərdə quruluğun aradan qaldırılması yolları və s. barədə də danışıb.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR