BLOQ

İşemik və ya hemorragik insult- əsas risk faktorları

date 28 Sentyabr 2020

İşemik və ya hemorragik insult- əsas risk faktorları

Əvvəli

İşemik və ya hemorragik insult birincili beyin xəstəliyi deyildir.

İnsult digər xroniki və kəskin xəstəliklərin, zərərli vərdişlərin səbəbindən ikincili olaraq yaranır. Əslində insult müxtəlif səbəblərdən  hər yaş dövründə rast gəlinə bilər, amma əsasən rast gəlinmə tezliyi yuxarı yaş həddində olur.

Beləliklə, əsas risk faktorları:

1. Yaş- yəni yaş artıqca qan damarlarının elastikliyi azalır və bu da damarların tutulması və ya zədələnməsinə şərait yaradır

2. Qan təzyiqi- zamanında müalicə olunmayan qan təzyiqi həm işemik, həm də hemorragik  insult yaranması üçün labüd təhlükədir.

3. Xolesterol- müalicə olunmayan xolesterol damarların intima qatını itələyərək damar mənfəzini daraldır və damarların içərisində nahamarlıqlar yaradır.

4. Şəkərli diabet- müalicə olunmayan şəkərli diabet qanın qatılaşmasını, həm kəskin, həm də xroniki işemink insult sahələrinin yaranmasını tətikləyir.

5. Ürək emboliyaları- işemik insultların təxminən  25 %-i səyirici aritmiyaların payına düşür.

Bundan əlavə bir sıra xəstəliklər və risk faktorları da insult təhlükəsi yaradır.

Məsələn:

İrsi faktorlar, yuxu pozğunluqları, apnoe (yatarkən nəfəs almamaq), qan xəstəlikləri, autoimmun sistem xəstəliklər, infeksiya, depressiya, hormon terapiya

Travmatik və ya qeyri-travmatik damar disseksiyaları (damarların içəridən zədələnməsi), hamiləlik, xroniki böyrək xəstəlikləri, xroniki miqren, gizlin miokard infarktı;

Siqaret, narkotik və alkoqol kimi zərərli vərdişlərdən asılılıq, düzgün olmayan, sağlıqsız diet, obezite və sair.

Ona görə də zamanında xroniki xəstəliklərin və risk faktorlarının profilaktikası vacibdir. 

Sağlamlığınızın qədrini bilin və qoruyun.

 

Aybəniz Murtuzova- Nevroloq, Kopenhagen Herlev Universiteti Hospital Mərkəzinin baş konsultantı

e-tibb.az üçün

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR