XƏBƏR

Hindistanda Covid-19 əleyhinə üç əsas peyvənd üzərində iş gedir

date 21 Oktyabr 2020

Hindistanda Covid-19 əleyhinə üç əsas peyvənd üzərində iş gedir

Hindistan hazırda Covid-19 əleyhinə üç aparıcı namizəd peyvəndi üzərində çalışır.

e-tibb.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib. Səfir deyib ki, üç namizəd peyvənddən ikisi yerli olaraq “Bharat Biotech International” və “Zydus Cadila” tərəfindən hazırlanır və hər ikisi II kliniki sınaq mərhələsindədir. Hindistanın Serum İnstitutu tərəfindən AztraZeneca ilə birgə hazırlanan üçüncü namizəd peyvənd isə klinik sınaqların III mərhələsindədir və artıq istehsalına başlanıb.

Səfir, könüllülərin və daha geniş ictimaiyyətin iştirakı ilə elmi cəmiyyətin Hindistan xalqı və bütün bəşəriyyət naminə tezliklə təhlükəsiz və səmərəli peyvənd istehsal etmək istiqamətində çalışdıqlarını bildirib.

Qeyd olunub ki, Hindistan dünyanın ən böyük peyvənd istehsalçısıdır. Hindistanın hər il təxminən 3 milyard doza peyvənd istehsal etmək üzrə ümumi təcrübəsi, sınaqları keçirilən peyvəndlər rəsmi şəkildə təsdiqləndikdən sonra həlledici rol oynayacaq. Hindistan səlis immunizasiya prosesini təmin etmək məqsədilə rəqəmsallaşdırılmış şəbəkədən istifadə etməklə yaxşı təşkil olunmuş peyvəndləmə sisteminin tətbiq edilməsi üzərində çalışır.

O, bu ilin iyul ayının sonundan bəri ilk dəfə olaraq ölkəsində gündəlik yoluxma sayının son günlərdə 50.000-dən aşağıya endiyini söyləyib.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR