XƏBƏR

Herpes viruslarından qurtulmaq mümkündürmü?

date 18 Sentyabr 2020

Herpes viruslarından qurtulmaq mümkündürmü?

İnsanlar arasında ən geniş yayılan viruslardan biri də herpes virusudur. Məlumatlara görə, bu virus hələ bizim eradan əvvəl Heredot tərəfindən təsvir edilib, yunanca “Herpeine” sözundən olub, mənası “sürünən” deməkdir. Herpes virusu ömür boyu xroniki formada orqanizmdə qalır. Bu xəstəlik nədən yaranır, nəyə görə ömür boyu yaşayır? Müalicəsi varmı?

e-tibb.az herpes xəstəliyi ilə bağlı dermatoloq, uzman həkim Mehdi İskəndərlinin məqaləsini təqdim edir:

Herpes xəstəliyi nədən yaranır?

Bu bir virus xəstəliyidir. Törədicisi herpes simplex virus 1 (HSV 1) və herpes simplex 2 (HSV 2). HSV 1 əsasən ağız, dodaq və üz nahiyyəsində herpetik səpgilər yaradır. HSV 2 isə genital bölgədə əsasən penis başı, penis şaftı, bud, qasıq və yanlarda herpetik səpgilər yaradır. Qadınlarda isə vagina ətrafında böyük və kiçik dodaqlarda, bud və yanlarda su toplayan qabarcıqlar, suluqlar verə bilər.

Herpesə kimlər yoluxur?

Əksər insanlar HSV 1 virusuna yoluxurlar. Ömründə bir dəfə olsa da hər kəsin dodağında uçuq dediyimiz su qabarcığı şəklində şikayətləri ola bilər. 

Cinsi aktivliyi yüksəkolan şəxslərin əksəriyyəti isə HSV 2 virusuna yoluxurlar. Əksər hallarda bu viruslara insanlar səssiz yoluxurlar. Amma bəzilərində ilk yoluxma epizodu çox şiddətli keçir. Ağız içərisində yaralar, cinsiyyət bölgəsində (genital) yaralar, qızdırma, ağrı, şişkinlik, halsızlıq ola bilər.

Herpesə yoluxan hər kəs müalicə almalıdırmı?

Xeyir! Əksər insanlar bu viruslara yoluxurlar. Amma onlardan az bir qismi herpes xəstəsi olur. Əksəriyyəti asimptomatik olur. Yəni heç bir şikayətləri olmur. Kimlərdə ki, vaxtaşırı yanma, göynəmə, qaşıntı verən, su qabarcıqları gösətərən qızartılı herpetik səpgilər yaranırsa onlara herpes xəstəsi demək olar. Bəzi insanlarda isə genital herpes həmlələri çox tez-tez təkrarlayır. Ayda bir neçə dəfə herpetik səpgilər yaran bilir. Bu isə pasientdə ciddi diskomfort yaradaraq həyat keyfiyyətini aşağı salır.

Herpes viruslarından qurtulmaq mümkündürmü?

Xeyir! Viruslardan qurtulmaq olmur, amma xəstəlikdən yəni herpetik səpgilərdən uzun müddətliyinə qurtulmaq olar. Ümumiyyətlə, istənilən virusa bir dəfə yoluxan insanlar bir daha ondan qurtula bilmir əksər hallarda. Onlar ömrün sonuna qədər hüceyrələrimizdə gizli şəkildə qalır. Herpes virusları da o cümlədən.

Genital herpesin qan analizləri varmı?

Bəli, var. Amma əksər hallarda dermatoloq və ya dəri həkimi bu analizləri istəmir. Yalnız xüsusi hallarda HSV 1 və HSV 2 analizlər istəniləndə qanda müsbət nəticələr aşkarlana bilər. Bu nəticələr xəstənin ömrünün sonuna qədər müsbət qalır. Heç bir müalicə ilə onu neqativləşdirmək olmur. Sağlam bir insan da HSV 1 və HSV 2 analizlərini verərəsə onlarda müsbət nəticələr çıxar. Lakin bu o demək deyil ki, onlar mütləq müalicə ediləməlidir. Genital herpes müalicəsi yalnız suluqlanma, qızartı, şişkinlik, ağrı, göynəmə və s. əlamətlər verdiyi təqdirdə dermatoloq və ya dəri həkimi tərəfindən təyin edilir.

Genital herpes xəstəliyindən sonsuzluq problemi yarana bilərmi?

Əsla! Bu xəsətlik müsbət proqnoza malikdir. Nə qadında, nə də kişilərdə sonsuluq səbəb ola bilməz.

Herpes xəstəliyi müalicə olunurmu?

Əlbəttə, müalicə olunur! Bu xəstəliyinin kəskin vaxtında müvafiq həb, kremlər istifadə etməklə çox qısa zamanda şikayətləri söndürmək olur. Hətta ay ərzində bir neçə dəfə təkrarlayan genital herpes həmlələrini də uzun müddətliyinə yox etmək olur. Ümumiyyətlə, bu xəstəlik dərinin ən adi, ən çox öyrənilmiş və müalicəyə çox qısa zamanda müsbət cavab verən bir virus xəstəliyidir.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR