BLOQ

Hər 5 saniyədə dünyada 1 böyük, hər 1 dəqiqədə bir uşaq görməni itirir

date 8 Oktyabr 2020

Hər 5 saniyədə dünyada 1 böyük, hər 1 dəqiqədə bir uşaq görməni itirir

Ümümdünya Səhiyyə təşkilatının qərarı ilə “Görmə 2020, Görmə hüququ Korluqla mübarizə Qlobal proqramı"nın reallaşdırılması məqsədilə hər ilin oktyabr ayında beynəlxalq görmə günü qeyd olunur.

Bu günü qeyd etməkdə məqsəd görmə zəifliyi və korluğa səbəb olan problemlərə, belə vəziyyətdə olan şəxslərin reabilitasiyası problemlərinə diqqəti cəlb etməkdir. Bu günü ÜST-ün bütün tərəfdaşları 1998-ci ildən bəri qeyd edirlər. Bu layihənin əsas məqsədi:

Sağlamlığın qorunması tədbirlərinin ətraflı təbliğatı;
Görməsini itirmiş şəxslərin reabilitasiyası;
Hər kəsin oftalmoloji xidmətlərlə təminin təşkil olunmasıdır.

ÜST-ün verdiyi məlumata görə, bütün dünyada 37 million korluqdan və 124 million görmə zəifliyindən əziyyət çəkən insanlar var. Hər 5 saniyədə dünyada 1 böyük, hər 1 dəqiqədə isə bir uşaq kor olur.
Görmənin zəifləməsi və itirilməsinə səbəb olan əsas göz xəstəlikləri:
Gözün iltihabı xəstəlikləri;
Travmalar;
Miopiya xəstəliyi (yaxından görmə);
Qlaukomadır.
Görmə zəifləməsi və itirilməsinə təsir edən risk faktorlarına yaş, irsi meyllilik, şəkərli diabet, artıq çəki, stress, zərərli vərdişlər, adinamik həyat tərzi daxildir.
Zərərli vərdişlərin təsirini azalmaq məqsədilə bu vərdişlərdən uzaqlaşmaq,aktiv həyat tərzini seçmək, düzgün və keyfiyyətli qidalanmaq, risk faktorlarına daxil olan xəstəliklər və vərdişlərlə mübarizə aparmaq, mütəmadi göz müayinəsindən keçmək, xüsusilə 40 yaşından sonra gözdaxili təzyiqi nəzarətdə saxlamaq lazımdır.
 
Aynurə Əliyeva – Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR