XƏBƏR

Gün ərzində nə qədər su içməliyik?

date 4 Sentyabr 2020

Gün ərzində nə qədər su içməliyik?

Su insan orqanizmi üçün əvəzedilməz mayedir. Kişi orqanizminin 60 faizi, qadın orqanizminin isə 50-55 faizini su təşkil edir. 70 kq çəkisi olan insan bədənində 42 litr su mövcuddur.

e-tibb.az xəbər verir ki, bu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqladığı məlumatda qeyd olunub. 

İçilən su 5 dəqiqə ərzində bağırsaqlardan sorularaq qana qarışır. Sudan başqa digər mayelərin bağırsaqlardan sorulma qabiliyyəti daha aşağı, müddəti isə uzundur.

Bədənin gündəlik su tələbatını ödəmək sağlamlığın qorunması üçün vacib amildir.

Bəs çəkiyə görə gündəlik su tələbatı necə olmalıdır?

Bunu bilmək üçün aşağıdakı infoqrafiyaya baxın:

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR