XƏBƏR

Gözdə qaşınma, işığa həssaslıq nədən xəbər verir?

date 19 Yanvar 2021

Gözdə qaşınma, işığa həssaslıq nədən xəbər verir?

Alimlər göz xəstəliyi və koronavirus arasında bir əlaqə aşkar ediblər.

Britaniyanın Anglia Ruskin Universitetinin (ARU) alimləri bildiriblər ki, fotofobiya və görmə orqanlarının iltihabı koronavirusdan xəbər verə bilər. Mütəxəssislərin sözlərinə görə, yoluxmuş şəxslərdə fotofobiya yalnız parlaq Günəş işığına deyil, həm də smartfon və digər cihazların ekranında olan işığa, həmçinin “kamin” sobalarında olan alova da qarşı yarana bilər. Bundan əlavə, koronavirus yoluxmuşlarda da gözdə narahatlıq yarana bilər .
Ancaq alimlər qeyd ediblər ki, gözdə qaşınma, iltihab və isığa həssaslıq konyuktivit və digər xəstəliklər üçün də xarakterikdir.

Bir qədər əvvəl Rusiyadan olan somnoloq Mixail Poluektov bildirib ki, COVID xəstələrinin 40%-i yuxu pozuntuları ilə üzləşib. Ekspertin sözlərinə görə, xəstəliyin başlanğıcında insanlar yuxu keyfiyyətinin pisləşməsi və ya ümumiyyətlə, itkisi ilə üzləşirlər. Xəstəlik inkişaf etdikcə insan əksinə, adi haldan daha çox yatmağa başlayır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR