XƏBƏR

Gənə xəstəliyinin müalicəsi adı altında aparılan bu müalicələr xətalıdır – DERMATOLOQ RƏYİ

date 4 Yanvar 2020

Gənə xəstəliyinin müalicəsi adı altında aparılan bu müalicələr xətalıdır – DERMATOLOQ RƏYİ

“Gənə xəstəliyinin müalicəsi ölkəmizin dermatologiya gündəmində duran bir nömrəli sualdır. Pasientlər tərəfindən tez-tez gənə xəstəliyi müalicə olunurmu sualı ünvanlanır”.

Bunu dermatovenreoloq, uzman həkim Mehdi İskəndərli “Gənə xəstəliyinin müalicəsi varmı?” adlı məqaləsində bildirib.

e-tibb.az həmin məqaləni təqdim edir:

Əvvala onu söyləmək lazımdır ki, gənə adında bir xəstəlik yoxdur. Elmi adı demodex folliculorum olan və zooloji olaraq gənələr qrupuna daxil olan bu mikrob üz dərisində yerləşən kommensal bir canlı kimi hər bir insanda mövcuddur. Daha dəqiq desək üz dərisindəki yağ vəzləri və tük köklərində yaşayan canlılardır. Bağırsaqlarda necə çoxlu sayda mikrob koloniyalar var, eləcə də üz dərisində demodex folliculorum dediyimiz gənə koloniyaları vardır. Dərisində heç bir səpgisi olmayan insandə belə gənə vardır. Bağırsağın normal florasına daxil olan bakteriyaları tamamiylə məhv etmək necə mümkünsüzdürsə, dərinin normal florasına daxil olan gənəni də tamamilə təmizləmək mümküsüzdür. Bəs nədən bəzi xəstələr və həkimlər gənə xəstəliyinin müalicəsi adı altında bu parazitin dəridən tamamiylə təmizlənməsinə çalışırlar ?

Gənələr müxtəlif tipli xəstəliklərin yaranmasında iştirak edirlər. Bu xəstəliklər də gənələrin sayları dəfələrcə artır və dəri xəstəliklərini törədirlər. Demodex folliculorum mikroblarının sayını azaltmaq üçün gənə əleyhinə preparatlar istifadə etmək olar. Lakin sadəcə, gənə preparatları ilə dəri xəstəliklərini müalicə etmək mümkün deyildir. Gənənin də iştirak etdiyi dəri xəstəliklərinin müalicəsində başqa preparatlar da istifadə edilməlidir. Dermatoloq əgər düzgün kompleks müalicələr təyin edərsə, xəstənin bütün şikayətləri aradan qalxaraq üz dərisi səpgilərdən azad olar. Fəqət dəridən götürülən gənə testi hər zaman müalicələrdən sonra belə müsbət çıxa bilər. Belə olan halda gənənin tam təmizlənməsi üçün əlavə müalicələrə gərək duyulmur. Cünki bu parazit heç bir zaman dəridən təmizlənə bilməz. Gənə xəstəliyinin müalicəsi adı altında demodex folliculorum mikrobundan qurtulmaq adına aparılan bütün müalicələr əbəsdir. Üzdə yaranan sızanaq, çivzə, akne problemlərində isə gənə mikroblarının heç bir rolu yoxdur. Ölkəmizdə çox təəəssüf ki, gənə xəstəliyinin müalicəsi adı altında sızanaq və ya akne müalicələri aparılır ki, bu da xətalıdır və bihudədir…

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR