XƏBƏR

Fizioterapiyanın hansı üstünlükləri var?

date 18 İyun 2020

Fizioterapiyanın hansı üstünlükləri var?

Bir çox xəstəliklərin müalicəsində fizioterapiyadan isrtifadə olunur. Müasir tibdə bir çox fizioterapiya metodları var və tibbin bu sahəsi gündən-günə inkişaf edir. e-tibb.az həkim-fizioterapevt Xatirə Heybətovanın fizioterapiyanın üstünlükləri barədə məqaləsini təqdim edir: 

Dərman müalicəsi tədricən öz effektivliyini itirir, fizioterapiya isə əksinə. Tezliklə öz sağlamlığının məsuliyyətini dərk edən hər kəs həqiqətən unikal olan bu terapiya növünün üstünlüklərini qiymətləndirə bilir. Fizioterapiya metodları həqiqətən də effektiv təsir göstərir.

Fizioterapiyanın üstünlükləru hansılardır? 

Fizioterapevt onları belə sıralayıb:

Yerli və ümumi təsirin vəhdəti

Xəstə orqanda hiss olunacaq müsbət nəticə ilə yanaşı istənilən fiziomüalicə ümumi olaraq orqanizmdə müsbət dəyişikliklərə səbəb olur. 

Fizioloji olması

Fiziki faktorlardan istifadə orqanizm üçün təbiidir. Fizioterapevtik cihazlar canlıların uyğunlaşdığı təbiilərdən fərqlənməyən enerji, şüalarla müalicə edir.

Yaxşı keçirilməsi, toksiki olmaması, əlavə təsirlərinin az olması

Düzgün seçildiyində bir çox dərmanlarda təsadüf edilən, yan təsirlərlə müqayisədə ağırlaşma, gözlənilməz reaksiyalar müqayisə olunmazdır. Əksinə onlar xoşagələndir və adətən prosedurlardan sonra xəstələr sakitləşmə, rahatlıq, enerji axını hiss edirlər.

Yüksək effektivliyi

Əksər xəstəliklərdə mərkəzi sinir sisteminə müsbət təsiri, qan dövranını yaxşılaşdırması. Sistem təsiri nəticəsində fiziomüalicə ovucla içilən dərman müalicəsinə bərabərdir və bəzən ondan üstündür.

Harmonik effekt

Eyni faktor həm patoloji “artmış” funksiyanı sakitləşdirir, həm də “zəif “ funksiyanı stimulə edir.

Uyğunlaşmanın olmaması:

Fiziki təsirə uyğunlaşma bəzən müşahidə olunur.Bunun baş verməməsi üçün cihazın iş rejimi, təsir nahiyyəsi, intensivliyi və s. dəyişdirilir. Dərman müalicəsində təsadüf olunan asılılıq yaranmır.

Profilaktik məqsədlə istifadə olunması.

Bu üstünlüyü fizioterapiyanı tamam başqa səviyyəyə qaldırır.

Uzunmüddətli sonradan təsir

Bu da özünə görə unikal xüsusiyyətdir. İstənilən dərman preparatı adətən orqanizmdən yuyulduqdan sonra təsir göstərmir. Fizioterapiya kursundan sonra müalicəvi effekt nəinki uzun müddət ( 1 - 6 ay) qalır, hətta artır.

Dəqiq dozalaşmanın mümkünlüyü

Fizioprosedurların dəqiq dozalaşdırılması, onun təsirini əvvəlcədən müəyyənləşdirməyə imkan verir. Yalnız hər bir aparat üçün klinik sınaqla orta iş parametrləri müəyyən olunur. Bu parametrlərlə müalicə aparılır və optimal nəticə alınır.

Nisbi ucuzluğu

Fizioterapiya müasir dərmanlara nisbətən ucuzdur və effektivdir. Göründüyü kimi fizioterapiyanın üstünlükləri mübahisəsizdir. Deməli, bu müalicə metodunun geniş imkanları haqqında danışmaq olar.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR