XƏBƏR

Evləri virus və bakteriyalardan qorumaq üçün 5 TƏBİİ VASİTƏ

date 22 İyun 2020

Evləri virus və bakteriyalardan qorumaq üçün 5 TƏBİİ VASİTƏ

Evləri kimyəvi vasitələrsiz də virus və bakteriyalardan təmizləmək mümkündür. Kimyəvi vasitələr olmadan evimizdə gigiyenik mühiti necə yarada bilərik?

e-tibb.az Lent.az-a istinadən ev təmizliyində istifadə edə biləcəyiniz 5 təbii vasitəni təqdim edir:

1. Portağal yağı

Meyvələrdən hazırlanan efir yağları mikrobları məhv edə bilmə xüsusiyyətləri sayəsində yüzilliklər boyunca təmizlik vasitəsi kimi istifadə edilib. Aparılan araşdırmalar onu göstərir ki, portağal yağı bakteriyalara qarşı ən güclü təbii vasitələrdən biridir. Bu səbəbdən də ev təmizliyində zərərli kimyəvi məhsulların yerinə portağal yağından faydalanmaq olar.

2. Sirkə

Sirkə ucuz, təbii təmizlik vasitəsi olmaqla yanaşı kifə yaxud kirə qarşı da olduqca güclüdür. Xüsusən də distillə edilmiş ağ sirkə evin hər yerində zəhərsiz təmizlik istəyənlər üçün ən doğru seçimdir.

3. Kokos yağı

Antibakterial tərkibli təmizləyici olan kokos yağı eyni zamanda çox yaxşı kir çıxarıcıdır. Karbonatla birgə istifadə edilərsə, xalçalarda və yumşaq mebellərdə mövcud olan ləkələri apara bilir. Eyni zamanda hamam otağındakı su izlərini heç bir kimyəvi məhlul olmadan, kokos yağı vasitəsi ilə təmizləyə bilərsiniz.

4. Bitki tərkibli qliserin

Gliserol olaraq da adlandırılan bu yağ, şampun, diş pastası və başqa kimyəvi təmizlik vasitələrinin də tərkibində mövcuddur. Daxilində spirt olması onu digər təbii təmizlik vasitələrindən fərqləndirsə də, bitki tərkibli qliserin yağ, kir və başqa ləkələrin çıxarılmasında olduqca faydalıdır.

5. Karbonat

Qədim Misirlilər karbonatı sabun olaraq istifadə ediblər. Həm antibakterial, həm də ləkə çıxarıcı xüsusiyyəti ilə təmizlikdə olduqca faydalıdır. Karbonat eyni zamanda pis qoxuları aradan qaldırmağa da kömək edir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR