XƏBƏR

Evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda maska taxmaq tələb olunur-MÜRACİƏT

date 8 May 2020

Evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda maska taxmaq tələb olunur-MÜRACİƏT

Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək tələb olunur.

e-tibb.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir. Bildirilir ki, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsi saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət olunmalıdır.

Qeyd edilib ki, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlərdən irəli gələn tələblərə vətəndaşlar tərəfindən ümumən əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir. 

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il may ayının 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR