XƏBƏR

Evdə antibiotiklər, “deksametazon”, “sistem”lərlə aparılan COVID müalicələri: Mütəxəssisdən XƏBƏRDARLIQ!

date 13 Dekabr 2020

Evdə antibiotiklər, “deksametazon”, “sistem”lərlə aparılan COVID müalicələri: Mütəxəssisdən XƏBƏRDARLIQ!

“Evdə antibiotiklərlə, “deksametazon”la, “sistem”lərlə müalicə olunduğunu sanaraq 7-10-cu günündə xəstəxanaya düşənlər ağırlaşmış xəstələr olur və onlara kömək etmək birmənalı mümkün olmur!”

 

e-tibb.az xəbər verir ki, bunu həkim-terapevt, TƏBİB-in Stasionar xidmətin təşkili şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva açıqlayıb.

Mütəxəssis bildirib ki, əksər xəstələr - COVİD-19 infeksiyasının əlamətləri yaranan pasiyentlərin 80 faizi hospitalizə olunmadan sağalırlar: “Təxminən 15 faiz pasiyentlərdə xəstəliyin oksigenoterapiyaya ehtiyacı olan ciddi formaları, 5 faiz hallarda isə intensiv terapiya şöbəsində müalicə tələb edən daha ağır forması yaranır”.

Onun sözlərinə görə, koronavirus infeksiyasına yoluxanlarda iybilmə qabiliyyətinin itirilməsi xəstəliyin gedişatının ağırlığını bəlli edən bir əlamət kimi qəbul edilir və bu xəstələr xəstəliyi adətən yüngül keçirirlər.

 

Günbəgün davam edən və dərinləşən koronavirus əlamətləri barədə danışan həkim bunları qeyd edib:

1-3-cü gün - qripəbənzər əlamətlər, yüngül temperatur, boğaz ağrısı, immunitet zəifdirsə ürəkbulanma və qusma;

4- cü gün - iştahasızlıq, baş ağrısı, ishal başlaya bilir;

5- ci gün - boğaz, baş və əzələ ağrıları şiddətlənir;

6- сı gün - öskürək başlayır (xəstəlik başdan tək-tək quru öskürəklə də başlaya bilər), ürəkbulanma artır, ishal-qusma şiddətlənir, zaman-zaman nəfəsalmada çətinlik yaranır;

7- ci gün - temperatur 38C-yə yüksəlir, öskürək və bəlğəm, bədən və baş ağrıları, qusma da şiddətlənir;

8- ci gün - döş qəfəsində ağırlıq hissi yaranır, nəfəs alıb-vermə çətinləşir;

9- cu gün - bütün əlamətlər şiddətlə artır. Bu əlamətlərə sahib olan hər kəs tibbi yardım almalıdır.

 

K. Ağayeva vurğulayıb ki, xəstəliyin bəzilərində yüngül, bəzilərində ağır keçmə səbəblərindən biri də virusun qəbul olunma dozasıdır- yəni virus yüküdür.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR