XƏBƏR

Ev heyvanında koronavirus tapılıb

date 4 Aprel 2020

Ev heyvanında koronavirus tapılıb

Ev heyvanlarında da koronavirus ola biləcəyini istisna etməyən həkimlər, onlarla təmasdan sonra da gigiyena qaydalarına əməl etməyi hər zaman vuruğulayırlar. Artıq ev heyvanında da koronavirus tapılıb.

Honqkonqda koronavirus testindən keçirilən ev pişiyinin nəticələri müsbət olub. APA “qazeta.ru”-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb. Martın 30-da sahibində koronavirus aşkarlandıqdan sonra ev heyvanı da karantinə alınıb. Nəticə etibarilə heyvanların insanlardan yeni virusa yoluxa bilməsi müəyyən edilib. Pişikdə xəstəliyin heç bir xüsusi simptomunun müşahidə edilmədiyi vurğulanıb.

Təşkilatdan bildirilib ki, koronavirusa yoluxmuş ev heyvanları da baytar həkimlərin nəzarəti altında 14 gün karantində saxlanılacaq.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR