MÜSAHIBƏ

Əməliyyatlar zamanı ölümlərin çoxu bu səbəbdən yaranır – Anestezioloq AÇIQLAYIB – VİDEO  

date 15 Oktyabr 2019

Əməliyyatlar zamanı ölümlərin çoxu bu səbəbdən yaranır – Anestezioloq AÇIQLAYIB – VİDEO  

“Ən çox reanimasiyaya düşmə səbəblərindən biri tənəffüs çatışmazlığıdır”.

e-tibb.az-ın xəbərinə görə, bunu anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Qulam Rüstəmzadə APA TV-nin “Öncə sağlıq” proqramında deyib.

Həkim bildirib ki, uzun zaman siqaret çəkən şəxslər hətta yüngül tənəffüs yolu infeksiyasından belə ağır vəziyyətə düşür, onlarda tənəffüs çatışmazlığı yaranır və nəticədə reanimasiya xəstəsi olurlar.    

Onun sözlərinə görə, uzun zaman siqaret çəkənlərin ağ ciyəri kömür rəngində olur. Amma hətta ağır tənəffüs çatışmazlığından sonra siqareti tərgidəndə ağciyərin vəziyyəti xeyli yaxşılaşır.

Anestezioloq, cərrahiyyə əməliyyatları zamanı ölüm halları haqda danışarkən deyib ki, əslində əməliyyat zamanı yaranan fəsadların çoxu anesteziya ilə əlaqədar olur: “İstənilən əməliyyatın, anesteziyanın riski var. Əməliyyatlar zamanı ölümlərin əksəri xəstənin öncədən düzgün öyrənilməməsi ilə bağlı olur”.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR