XƏBƏR

Əllərdə qabıqlama nəyin əlamətidir?

date 24 Sentyabr 2020

Əllərdə qabıqlama nəyin əlamətidir?

 

Əllərdə qabıqlama ən çox rast gəlinın dəri problemlərindən biridir. Əsasən qadınların üzləşdiyi bu problem hansı səbəblərədn yaranır?

e-tibb.az bu barədə dermatoloq, uzman həkim Mehdi İskəndərli

Əllərdə qabıqlama şikayəti ilə dermatoloqa tez-tez müraciətlər olur. Əldə qabıqlanma problemi olan pasientlərdə adətən qızartı və qaşıntı şikayəti də olur. Lakin, bu hər zaman belə olmur. Bəzi xəstələrdə heç bir qaşıntı, qızartı şikayətləri olmadan sadəcə, dəridə qabıqlanma problemi yarana bilər. Əksər hallarda əllərdə qabıqlanma ovuc içərisində meydana gəlir. 

Xəstəlik daha şiddətli formadadırsa əldə qabıqlanma barmaqarası, dırnaqətrafı, əlin üstündə də meydana gələ bilər. Əsasən dəmrov xəstəliyi əllərdə qabıqlanma, qaşıntı, qızartı verir. Lakin, dəmrov xəstəliyi probleminin müxtəlif varinatları vardır. Dermatoloq həkimin vəzifəsi ovucda qabıqlanma verən dəmrovun növünü təyin etməkdir. Əllərdə qaşıntılı, qabıqlı, qızartıların mənşəyini təyin etmək üçün dəri həkimi xəstədən əlavə laborator, mikrobioloji, sitoloji, patoloji testlər istəyə bilər. Dəmrovun bütün növləri bir-birinə bənzədiyi üçün dəqiq diaqnoz üçün əlavə müayinələrə ehtiyac olur. 

M.İskəndərli qeyd edib ki, əllərdə qabıqlı qızartılar ən sıx allergenlər ilə təmasdan sonra yaranır. Əsasən evdar xanımların əlləri daima müxtəlif mənşəli allergenlərlə o cümlədən sabun, yuyucu vasitələr, deterjanlar, kosmetik vasitələr və s. daima təmasda olduğu üçün əldə qaşıntılı qabıqlı qızartılar yarana bilər.

İnfeksioz mənşəli dəri xəstəlikləri də əllərdə soyulma yarada bilər. Əsasən dərinin göbələk xəstəlikləri əllərdə qabıqlanma yaradır. Qabıqlanma ilə paralel şəkildə qaşıntı, qızartı, çatlar, göynəmə və su qovuqcuqları da meydana gəlir.

Dermatoveneroloq qeyd edib ki, səbəbi nə olursa olsun əllərdə qabıqlı qızartılar ilə özünü göstərən istənilən dəri xəstəliyinin 100% dəqiqliklə diaqnozunu qoyaraq müalicə etmək mümkündür. Səbəbi aşkar edildiyi təqdirdə hətta xəstəliyi tamamilə aradan qaldırmaq da mümkündür və əllərdə qabıqlanma tam sağala bilər. Odur ki, ovuçlarında qabıqlanma olan xəstələrə ümidsiz olmamalıdırlar. Əllərdə qabıqlı qızartılar verən istənilən dəmrov xəstəliyi probleminin həlli var.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR