XƏBƏR

Əlamətsiz sətəlcəm: Koronavirusdan sağalandan nə qədər sonra yenidən yoluxma olur?

date 22 May 2020

Əlamətsiz sətəlcəm: Koronavirusdan sağalandan nə qədər sonra yenidən yoluxma olur?

Covid-19 öskürək və tənginəfəslik olmadan da ağciyərə zərər vura bilir. Rusiyadan olan həkim COVİD-19 sətəlcəminin təhlükəli olması barədə xəbərdar edib .

e-tibb.az xəbər verir ki, Rusiyanın Amur vilayətinin Blaqoveşensk Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Viktor Bardov koronavirus infeksiyasının təhlükəsini açıqlayıb. O, xəstəliyin simptomlarsız, öskürək, tənginəfəslik olmadan da sətəlcəmə səbəb olduğunu deyib. Onun sözlərinə görə, Covid-19-a yoluxan, amma öskürək, tənginəfəslik olmayan xəstələri Kompüter Tomoqrafiya müayinəsi etdikdə, ağciyərin genişmiqyaslı iltihabı müşadidə olunur. Həkim, hətta yoluxan insanların yenidən yoluxa biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, xəstəlikdən sonra meydana gələn immunitet toxunulmazlığı çox aktiv olsa da, qısamüddətli olur. 
Xəstə xəstəlikdən sonra 1,5-3 ay ərzində "qorunmuş" qalır və sonra yenidən koronavirus öünü göstərə bilər. Eyni zamanda həkim bildirib ki, xəstəliyə diaqnoz qoymaq çox çətindir: "Ağciyərlər ciddi şəkildə təsirlənir, ancaq həkimlər bunu yalnız tədqiqat zamanı hiss edirlər. Koronavirusun səbəb olduğu sətəlcəm ağciyər toxumasının böyük bir zədələnməsi, kəskin tənəffüs çatışmazlığı və kəskin tənəffüs çətinliyi sindromunun tez inkişafı, həyati təhlükəsi olan və ölümlə nəticələnə biləcək vəziyyətdə olur. Covid-19  sətəlcəminin gedişi pis proqnozlaşdırılır. Bir çox xəstə tənginəfəslik  şikayətləri olmadan bizə gəlir. Yalnız  KT müayinəsi ilə xəstəni müayinə etdikdə, çox böyük ölçülü ikitərəfli sətəlcəm görürürk”.